21-06-2023, 13:13 1101

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin kommersiya tərəfdaşı ilə ilk inteqrasiyasını yekunlaşdırıb.

SİMA sahibkar həlli vasitəsilə bank sektoru üzrə xidmət və məhsullarının əlçatanlığını artıran ilk maliyyə təşkilatı “Yelo Bank” olub. Rəqəmsal imzanın bankın “Yelo” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Artıq fərdi sahibkarlar bankın filialına getmədən SİMA ilə “Yelo” tətbiqində qeydiyyatdan keçərək özlərinin şəxsiyyətini təsdiqlədə biləcəklər. Bununla da müştərilər istənilən vaxtda və istənilən yerdən “Yelo” tətbiqində qeydiyyatdan keçərək bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına giriş əldə edəcəklər.

Hazırda “Yelo Bank” ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Tezliklə fərdi sahibkarlar SİMA ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması prosesini də anında həyata keçirə biləcəklər. Həmçinin bankın müştərilərinin kredit üçün müraciət edərkən sənədləri SİMA ilə imzalamaq imkanı olacaq. Növbəti mərhələ üçün nəzərdə tutulan bu iki xidmətin istifadəyə verilməsi ilə sahibkarların xidmət mərkəzlərinə getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq.

“Yelo” mobil tətbiqi daxilində hesab üzrə əməliyyatları təsdiq edən sahibkarların SİMA yeni nəsil rəqəmsal imza ilə vergi və büdcə ödənişlərini, bankdaxili və ölkədaxili valyuta mübadilələrini həyata keçirməsi planlaşdırılır.

Qeyd edək ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkarlar SİMA rəqəmsal imza ilə “Elektron hökumət” sisteminə daxil olan 37 portalda dövlət elektron xidmətlərinə giriş edə bilərlər. Həmçinin “ASAN Login” Vahid Giriş Sisteminə daxil olaraq “E-customs” portalında “İdxal olunan məhsulların bəyan edilməsi”, “Şəxsi hesab e-vərəqəsinə giriş”, Əmək Münasibətləri və Məşğulluq altsistemində “Əmək bildirişlərinin əlavə edilməsi”, Lisenziyalar və icazələr portalında “İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi” xidmətlərindən faydalana bilərlər. Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Paylaş

Xəbər lenti

İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Bu gün, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Bu gün, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Bu gün, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Bu gün, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Bu gün, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Bu gün, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Bu gün, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Bu gün, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Bu gün, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Bu gün, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Bu gün, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Bu gün, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Bu gün, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Bu gün, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Bu gün, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Bu gün, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Bu gün, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Bu gün, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Bu gün, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Bu gün, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Bu gün, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Bu gün, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48 Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər Bu gün, 15:48 "Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR