
Hacıqabul rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, yol qəzasında, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu ağır yaralanıb. Yaralı anlaqlı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.