
Niderlandda bir nəfər Belarus səfirliyinin binasına ziyan vurub. O, binanı rəngləyib, pəncərələri sındırıb.
Bu barədə “AVESTA.AZ” “Omroep West”ə istinadən xəbər verir.
Hadisə iyulun 2-nə keçən gecə Haaqa şəhərində baş verib. Naməlum şəxs pəncərələri sındıraraq səfirliyin binasını rəngləyib.
Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə ziyan vuran şəxsi saxlayıb. Polis ərazini mühasirəyə alıb və araşdırma aparır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.