12-07-2023, 18:55 602

Ali Məhkəmənin Mülki Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınıb.

"Report" xəbər verir ki, MPM-in 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın müzakirəsini zəruri edən “tutulan alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki iş var. İş kassasiya qaydasında baxılarkən müəyyən olunub ki, Ali Məhkəmənin Mülki kollegiyasında bir sıra məhkəmə tərkibləri alimentin bir hissəsini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə iddia icraatı qaydasında baxılmasını mümkün hesab ediblər.

Mövcud məhkəmə təcrübəsində də alimentin tutulması barədə qətnamənin qanuni qüvvəyə minməsindən sonra alimentin 50%-dən artıq olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə aliment ödəyən tərəfin tələbinə iddia icraatı qaydasında baxılır. Digər yanaşma qeyd edilən məsələyə iddia icraatı qaydasında deyil, alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi qismində icra icraatı qaydasında baxılmalı olması ilə bağlı olub.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd edilən məsələni tənzimləyən maddi hüquq normasında aliment məbləğinin bir hissəsini uşağın adına açılmış bank hesabına köçürmək imkanı verilsə də, bu məsələyə hansı qaydada (iddia icraatı və ya icra icraatı) baxılması təsbit olunmayıb.

İcra icraatı qaydasında baxılmasının tərəfdarları hesab edirlər ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

Odur ki, Ailə Məcəlləsinin 55.3-ci və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin belə tələbinə məhkəmə qətnaməsinin icrası qaydasında baxılmalıdır. Fərqli vəziyyət alimentin tutulması barədə icraatda belə məsələ ortaya çıxarkən yaranır. Belə ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Göründüyü kimi, mülki prosessual qanunvericiliyi ilə qətnamənin icra qaydası məhkəmə qətnaməsi qəbul edilərkən müəyyən oluna bilər. Belə olan halda, alimentin tutulması və ya tutulan alimentin məbləğinin artırılması iddiaları üzrə işə iddia icraatı qaydasında baxılarkən aliment ödəməli olan tərəfin belə tələbi (etirazı) olduğu halda, bu məsələyə hüquqi qiymət verilməklə, qətnamənin nəticə hissəsində öz əksini tapa bilər. Göstərilənlərlə yanaşı, belə işlərə baxan məhkəmələr tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün əsas olan halları sübutetmə vəzifəsinin tərəflərin hansının üzərinə düşməsi, bunun meyarlarının müəyyən edilməsi və s. məsələlərdə müxtəlif mövqelərdən çıxış ediblər.

Belə ki, bir mövqe ondan ibarətdir ki, aliment məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunmaqla uşağın saxlanılması, tərbiyəsi və təhsili ilə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulduğundan, tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanı, ödənilən alimentin uşağın qeyd olunan ehtiyaclarını tam qarşıladıqdan sonra artıq vəsaitin qaldığı və həmin vəsaitin uşağa deyil, başqa məqsədlərə sərf olunduğu halda mümkündür. Bu imkanın tətbiq oluna bilməsi baxımından sübutetmə vəzifəsi qeyd olunan hallarla bağlı olmaqla, bu vəzifə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq bunu iddia edən, yəni alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini irəli sürən tərəfin üzərinə düşməlidir.

Digər yanaşma isə ondan ibarətdir ki, alimentin bütövlükdə qanunla müəyyən edilmiş məqsədlərə sərf olunmasını sübutetmə vəzifəsi aliment alan tərəfin üzərinə düşür. Çünki, onun xərclənməsində bilavasitə alimenti alan iştirak etdiyindən məhz onun həmin məbləğin qeyd olunan ehtiyaclar üçün sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı olur.

Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı tərkibləri arasında tutulan alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə baxılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından MPM-in 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir. Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir.

Paylaş

Xəbər lenti

"Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Bu gün, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Bu gün, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Bu gün, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Bu gün, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Bu gün, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Bu gün, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Bu gün, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Bu gün, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Bu gün, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Bu gün, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Bu gün, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Bu gün, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Bu gün, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Bu gün, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Bu gün, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Bu gün, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Bu gün, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Bu gün, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Bu gün, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Bu gün, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Bu gün, 16:48 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib Bu gün, 16:48 Sergey Sosedov 58 yaşında vəfat etdi Bu gün, 16:48 Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb Bu gün, 16:48 Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48 DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib Bu gün, 15:48 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var Bu gün, 15:48 Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48 Zeynəb Xanlarova İtaliyada dincəlir Bu gün, 14:48 Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR