17-07-2023, 15:37 842

İsmayıllıda qadının qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3

İsmayıllıda qadının qətli ilə bağlı cinayət işi açılıb.

Bu barədə "AVESTA.AZ"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 17-si saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Etibar Bədəlovun arvadı Aytən Bədəlovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Etibar Bədəlov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Fakta görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.

15.10

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

15.04

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli bilinir.

"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəminində aralarında yaranmış dava zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı öldürüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

14.52

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48 "SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib Bu gün, 12:48 Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər? Bu gün, 12:48 TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı Bu gün, 12:48 Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb Bu gün, 12:48 Sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşə bilər - HAVA PROQNOZU Bu gün, 12:48 Professor Adilə Abbasova vəfat edib Bu gün, 12:48 14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi Bu gün, 11:48 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı Bu gün, 11:48 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur Bu gün, 11:48 Ceyhun Bayramov Türkiyəyə səfər edib Bu gün, 11:48 Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR Bu gün, 11:48 Azərbaycanda terrorçuluqda təqsirləndirilən 8 nəfərə hökm oxundu Bu gün, 11:48 İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib Bu gün, 11:48 Azərbaycanın turizm imkanları Asiya-Sakit okean regionundan 50-dən çox alıcıya təqdim olunur Bu gün, 11:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir Bu gün, 10:48 "Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar Bu gün, 10:48 Azərbaycanda yeni ombudsman seçiləcək Bu gün, 10:48 Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər" Bu gün, 10:48 Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir Bu gün, 10:48 Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib Bu gün, 10:48 Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir" Bu gün, 10:48 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? Bu gün, 09:48 Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib Bu gün, 09:48 Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib" Bu gün, 09:48 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı Bu gün, 09:48 Azeri Light neftinin qiyməti 125 dolları ötüb Bu gün, 09:48 ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı Bu gün, 08:48 Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb Bu gün, 08:48 Kredit götürənlərin NƏZƏRİNƏ - Banklar artıq bunu edə bilməyəcək Bu gün, 08:48 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? Bu gün, 08:48 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat Bu gün, 08:48 14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir Bu gün, 08:48 Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48 Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ Bu gün, 00:48 Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır Bu gün, 00:48 Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ Dünən, 23:48 Sabah bir rayonda qaz olmayacaq Dünən, 23:48 Şəmkirdə ölüm hadisəsi baş verib Dünən, 23:48 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" Dünən, 23:48 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu Dünən, 23:48 İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Dünən, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Dünən, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Dünən, 22:48 Göygöldə evdən meyit tapıldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR