
Bərdədə paytaxt sakinini xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən "AVESTA.AZ"a məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdıma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.