
Bu ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümumi dəyəri 1 milyard 628,3 milyon manat olan 3 545 müsabiqə əsaslı satınalma keçirib.
Bu barədə "AVESTA.AZ"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 52-si açıq tender, 1 966-sı elektron açıq tender, 1 304-ü kotirovka sorğusu, 223-ü isə təkliflər sorğusu üsulu ilə baş tutub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.