2-02-2022, 17:36 1233

Hər gün onlarla, yüzlərlə insanla rastlaşırıq, amma onların həyat hekayəsini təsəvvür belə edə bilmirik... Onlar kimlərdir, nələr yaşayıblar?! 
Müsahibənin qəhrəmanı 21 yaşlı Nəzər Cəfərovdur. Yaşının az olmasına baxmayaraq, o, artıq 44 günlük Vətən Müharibəsindən keçib. Bundan əlavə, o, Azərbaycanın reqbi klubu “Qarabağ”ın oyunçusudur.
Avesta xəbər verir ki, Media.Az Qarabağ müharibəsinin qazi idmançısı ilə həmsöhbət olub. 
- Qafqazda reqbi bir o qədər də populyar deyil. Bu idman növünü seçməyə sizi nə vadar etdi? 
- Deyə bilərəm ki, idmana həvəsim məhz reqbi sayəsində olub. Reqbi bir idman növü olaraq yüksək təşkilatçılıq ilə xarakterizə olunur, bütün fiziki keyfiyyətlərə sahib olmaq lazımdır. O, əsl kişi idman növü adlanır, çünki oyunçulardan diqqətəlayiq fiziki hazırlıq tələb edilir, əlavə olaraq, komanda həmrəy olmalıdır. 
- Nə vaxtdan reqbi oynayırsınız?
- 2013-cü ildən “Qarabağ” komandasında oynayıram, bir çox yarışlarda iştirak etmişəm, indiyə qədər də oynamağa davam edirəm.
- Reqbini təhlükəli idman növü adlandırmaq olar? Ciddi xəsarətlər almısınız? 
- Xeyr. Bu oyun kənardan kifayət qədər aqressiv görünsə də, orada ciddi zədələr almaq demək olar ki, mümkün deyil. Oyunçular adətən rəqibi saxlayarkən zədələnirlər. Futbol daha təhlükəlidir, çünki oyunçuların ayaqları toqquşur, zərbənin sürəti və gücü çox vaxt ciddi zədələrə səbəb olur. 
- Qeyd etdiniz ki, reqbi əsl kişi idman növüdür. Bəs qadınlar üçün bu idman növü nə dərəcədə uyğundur?
- Başlanğıcda demək olar ki, istənilən növ fiziki fəaliyyət kişi xarakterli hesab edilsə də, zaman keçdikcə idman hər kəs üçün əlçatan oldu. Qadınlar çoxdan ağır atletika, boks kimi idman növlərində təmsil olunurlar, onlara reqbi oynamağa nə mane ola bilər? Reqbi zəka və həmrəylik tələb edir, qadınlarda bu keyfiyyətlər var, ona görə də heç bir maneə görmürəm. 
- Həmrəylik bütün sahələrdə vacibdir... 2020-ci il bütün Azərbaycan xalqı üçün əlamətdar bir il oldu və məhz həmrəylik  Azərbaycanın 44 günlük Vətən Müharibəsindən qalib çıxmasına kömək etdi… 
- Haqlısınız, cəbhədə keçirdiyim o 44 günü heç vaxt unutmayacağam. 
- Ailəniz müharibəyə getdiyinizi biləndə necə reaksiya verdi? 
- Mən vətənpərvərlik ruhunda tərbiyə aldığım üçün ailəm bununla fəxr etdi. Uşaqlıqdan xalqımızın nələrə dözdüyünü eşidib, görüb həmişə fikirləşirdim ki, niyə biz torpaqlarımızı hərbi yolla qaytarmırıq?! Mən orada olmağı xəyal edirdim. Bu məsələyə çoxdan son qoymaq lazım idi. Allaha şükür, Prezidentimizin sayəsində buna nail olduq.
 
- Harada xidmət etmisiniz? 
- Mənim yolum Füzuli rayonunun Alxanlı kəndindən başlayıb. Həmkarlarımla lazım olan yerə əvvəlcə KAMAZ maşınlarında, sonra piyada getdik. Lakin yüzlərlə metr belə getməmişdik ki, mərmi birbaşa maşınlara dəydiyindən onlar alovlandı. Feldşer kimi yaralılara kömək etdim. Minaatanlardan atəş kəndi tərk etməyimizə imkan vermədi. Bizim üçün tanklar göndərildi, onlardan biri raketlə vuruldu. Yanan maşından yaralıları çıxarmalı olduq, ölənlər və ağır yanıq xəsarətləri alanlar var idi.
Həmin gün erməni snayperləri bizim batalyonu fasiləsiz atəşə tutdular. Bütün yaralı əsgərləri geri göndərdik və özümüz də meşədə gecələmək qərarına gəldik. Ertəsi gün Azərbaycan dilində yüksək danışıq səsləri eşitdik. Ağ bayraqlı əsgərlər bizə yaxınlaşır, atəş açmamağımızı xahiş edirdilər. Komandirimiz şübhələndi, arxayınlaşmamağımızı istədi, çünki bu, tələ ola bilərdi. Və onun haqlı olduğu ortaya çıxdı. Düşmən əsgərləri ilə əhatə olunmuşduq...
...Ən çətini ölümlə barışmaqdır. Ən çətin günlərdə artıq aramızda olmayan həmkarları xatırladıq, doğmalarımız yadımıza düşdü. Müharibə öz təbiətinə görə çox qəddardır. 19 yaşımda mərminin insanı necə parçaladığını gördüm. Cəbhədə ölüm həmişə yaxındır... Dünən dostlaşdığınız insanlar isə bu gün əlinizdə ölə bilər. Amma biz ağlamadıq, torpaqlarımızı qaytarmaq istədik, ədalət istədik. Bizi irəliyə aparan məhz bu hiss idi...
 
 
-..və düşmənin necə qaçmasını izləmək... 
- Cəbrayıl rayonu yaxınlığında dayanıb ermənilərin təxliyəsini izləməyimiz yadımdadır. Onların hər biri bütün əşyalarını toplayıb maşınla şəhəri tərk etmək imkanı var idi. 90-cı illərdə düşmənlər qadınlarımıza, uşaqlarımıza aman vermədi, amma biz humanist davrandıq. Biz silahsız insanlara atəş açmadıq, onların səviyyəsinə enmədik, çünki aramızda çox böyük fərq var. Biz terrorçu deyilik, əsgərik. 
- Bildiyimə görə Şuşa şəhərinə çatanlardan biri də siz olmusunuz... 
- Bəli, amma əvvəlcə şəhərə girmək çox təhlükəli olduğundan heyətimiz iki qrupa bölündü. Bir hissə Daşaltının dağlıq hissəsindən, digəri isə aşağı tərəflə getdi. Şəhər kənarında minaatanlardan atəşə tutmağa başladılar. Minalardan biri məndən beş metr aralıda partladı, huşumu itirdim. İki saatdan sonra məni özümə gətirdilər, heç nə xatırlamadım. Zərbə dalğasının dəhşətli təsirini heç nə ilə müqayisə etmək olmaz.
Amma Şuşa qalasını öz gözlərimlə görəndə özümü dünyanın ən xoşbəxt insanı kimi hiss etdim. Vaxtilə atalarımızdan alınmış Şuşanı qaytardıq. Bizim nəsil Azərbaycan tarixinə bu qalibiyyətli səhifəni yazdı və onun bir parçası olmaq mənim üçün böyük şərəfdir. Sizə danışdığım o 44 günün kiçik bir hissəsidir... 
- Sizinlə fəxr edirik! Gələcək nəsillərə nə arzu edərdiniz? 
- İnanmaq istəyirəm ki, onlar bizim qəhrəmanlarımızın şücaətlərini unutmayacaqlar. Bu qələbə və başımızın üstündəki aydın səma ordumuzun və Prezidentimizin xidmətidir. Bunu unutmaq olmaz, şəhidlərin xatirəsi əbədi yaşamalıdır.
Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Bu gün, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Bu gün, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Bu gün, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Bu gün, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Bu gün, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Bu gün, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Bu gün, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Bu gün, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Bu gün, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Bu gün, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Bu gün, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Bu gün, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Bu gün, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Bu gün, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Bu gün, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Bu gün, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Bu gün, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Bu gün, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Bu gün, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Bu gün, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Bu gün, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Bu gün, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Bu gün, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48 Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub Bu gün, 14:48 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu Bu gün, 14:48 Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb Bu gün, 14:48 Salyanda kişi ana-atasını və arvadını bıçaqlayıb, ölən var Bu gün, 14:48 2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR Bu gün, 13:48 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif Bu gün, 13:48 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb Bu gün, 13:48 Həkimdən şok əməl - 49 uşağın bioloji atası olduğu üzə çıxdı Bu gün, 13:48 Apple ekran problemi olan bu modellərini dəyişdirəcək Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR