4-02-2022, 17:34 3090

Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu, dünya reytinqində 5-ci sırada olan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

Avesta həmin müsahibəni təqdim edir:

 

- Nüfuzlu Veyk-An-Zee superturnirində uğurlu çıxışınız münasibəti ilə sizi təbrik edirik. Maqnusa məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?

- Sözsüz turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zee superturniri böyük tarixə malik yarışdı. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədi. Belə yüksək səviyyəli yarışda 4 oyunda qələbə qazanmaq müsbət haldı. Çıxışımdan razı qaldım.  

 

- Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdır?

- Müxtəlif vaxtlarda Karlsen üzərində qələbəmiz olub. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq. Qələbələrimiz olur. Sadəcə Maqnus daha çox qalib gəlir. Dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir. 

 

- Niderlandda verdiyin müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığını söyləmisən. Yəni Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq səni təəccübləndirib?

- Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zee turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni yaşa baxmayaraq yaxşı oynadıq. 

 

- Maqnus Karlsenlə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlaşmışdı?

-  Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Fikrimcə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşiylə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeedə mənlə mübarizədə səhvi olmadı. 

 

- Maqnus Karlsen kompüterə qalib gələ bilər?

- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdu. Maqnus həmin gün mənlə oynadığı oyunu oynasa kompüterə uduzmayacaq.

 

- Maqnus şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşiy üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısan?

- Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik. 

 

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır...

- Milli komanda hər zaman önəmlidi. Bilirsiniz ki, olimpiada hər zaman mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub - əlavə əmsallara görə 2-5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacayıq olimpiada uğurlu olsun. Ümid edirəm bu ilki nəticə ən yaxşısı olacaq. 

 

- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?

- Zaman olduqca gəlməyə çalışacam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəm.

 

- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsan. Bu barədə danışmaq olar?

- Bu bir sirrdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-Priləri olacaq. İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

Paylaş

Xəbər lenti

Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR