19-09-2023, 15:24 613

Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? - ARAŞDIRMA

Azərbaycanda pensiyaçılar kredit götürməkdə çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, banklar və bank olmayan kredit təşkilatları (BOKT) ya pensiyaçılara kredit verməməyə, ya da ən yaxşı halda məhdud məbləğdə və müddətə kredit verməyə çalışırlar.

Məsələn, Azərbaycanda geniş yayılmış təcrübəyə əsasən, yaşı 70-i keçmiş pensiyaçılar ya kredit ala bilmirlər, ya da yaşı 70-ə çatmamış pensiyaçılara kredit o şərtlə verilir ki, borcun qaytarılması üçün son tarixə pensiyaçının yaşı 70-dən çox olmasın.

Halbuki, Azərbaycanda pensiyaçılar əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər. Bu il iyulun 1-nə ölkədə 1,1 milyon pensiyaçı olub ki, bu da hər 9 nəfərdən biri deməkdir. Pensiyaçılara dövlət hər ay minimum 280 manat, orta hesabla isə 435 manat ödəyir. Bu məbləğin də müəyyən hissəsi kredit ödənişinə yönəldilə bilər.

"AVESTA.AZ" mövzunu - pensiyaçılarla bağlı problemin həll yollarını iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri - Əkrəm Həsənov deyir ki, pensiyaçılara kreditin çətinliklə verilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinən haldır: "Təcrübə göstərir ki, pensiya yaşında olan vətəndaşlar kreditlərini rahat ödəyə bilmirlər. Üstəlik, onların krediti qaytarmamış vəfat etməsi ehtimalı var. Odur ki, kredit təşkilatları bu kateqoriyadan olan insanlara ehtiyatla yanaşır. Söhbət təkcə pensiyaçılardan və nağd pul kreditlərindən getmir. Məsələn, orta (45-50) yaşlı insan 25 il müddətinə ipoteka krediti götürmək istəsə, banklar ona da ehtiyatla yanaşacaqlar və çalışacaqlar ki, kreditin son ödəniş tarixinə müştərinin yaşı 65-dən çox olmasın".

"Pensiyaçılar yalnız dəyəri yüksək olan daşınar və daşınaz əmlaklar (maşın, ev, torpaq) girov qoyub istədikləri məbləğdə və müddətə kredit götürə bilər. Yəni, problemin həlli yolu ancaq bu ola bilər. Girov olmasa, kredit təşkilatları çətin vəziyyətə düşə bilər. Bəzən kredit götürmüş pensiyaçı ölür, övladları isə onların yerinə borcu qaytarmaqdan imtina edirlər. Bu da borc vermiş qurumlar üçün problem yaradır", - deyə o əlavə edib.

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, bankların və BOKT-ların pensiyaçılarlı ehtiyatlı davranması onların vəfat etməsi ehtimalından çox aylıq gəlirlərinin az olması ilə bağlıdır: "Azərbaycanda orta aylıq əməkhaqqı 925 manat olduğu halda, orta aylıq pensiya bunun 47 %-i qədərdir, yəni heç yarısı da deyil. Bu da pensiyaçıların normal kredit almasına əsas maneədir. Onun da nəzərə almaq lazımdır ki, kredit təşkilatları kredit borcunu birbaşa pensiyaçının kartından tuta bilmir (pensiya ödənişləri üçün seçilmiş vasitəçi-bank istisnadır). Odur ki, pensiyaçılara kreditin çətinliklə verilməsi başa düşüləndir".

"Pensiyaçılar yalnız əlavə və rəsmi gəlirlərini təqdim etməklə rahat kredit ala bilərlər. Məsələn, kimsə malik olduğu kommersiya obyektinin icarəyə verilməsindən əldə etdiyi gəlirə dair sənəd təqdim edə bilər və pensiyaçı olsa da, çətinlik çəkmədən kredit götürə bilər. Biz bilməliyik ki, kredit sosial yardım deyil. Krediti verən maliyyə qurumu onu faizi ilə birlikdə vətəndaşdan geri almalıdır. Əgər sizin rəsmi gəlirinizi yalnız əmək haqqı təşkil edirsə faktiki olaraq sizin pensiya yaşına çatan zaman gəlirinizdən məhrum olursuz və yalnız pensiya məbləğini təqdim etməklə kredit götürə bilirsiniz. Yəni, kredit təşkilatları istənilən halda vətəndaşın hansı təminata malik olduğuna baxmalıdır".

Paylaş

Xəbər lenti

Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Dünən, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Dünən, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Dünən, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Dünən, 17:48 Ucarda sərnişin avtobusu yandı Dünən, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR