5-09-2022, 17:00 671

Azərbaycan bankları əlillərə kredit vermir?

Son illər Azərbaycan banklarında likvidlik kifayət yüksək olduğundan onlar əhaliyə və biznesə aktiv şəkildə pul təklif edirlər.

Bununla belə, bankların hər yoldan ötənə kredit ayırdığını demək olmaz.

Kredit təşkilatları bir qayda olaraq gəliri kifayət qədər olmayan, mənfi kredit tarixçəsi və qeydiyyatla bağlı problemləri olan şəxslərə borc vermirlər. Son günlər isə sosial şəbəkələrdə əhalinin daha bir təqəbəsinin kredit almaq imkanlarının məhdudlaşdırılmasına dair xəbərlər yayılıb. Söhbət I qrup əlilliyi olan şəxslərdən gedir. Bəs bu nə dərəcədə doğrudur və qanunidir? "AVESTA.AZ" bu məsələ ilə bağlı araşdırma aparıb.

"Qanunda belə bir qadağa yoxdur"

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, qanunvericiklikdə əlilliyi olan şəxslərə kredit verilməməsi ilə bağlı qadağa yoxdur: “Hər hansı bankın daxili sənədində də belə bir qadağa yoxdur. Ancaq bank kommersiya təşkilatı olduğu üçün bəzi kriteriyaları nəzərə alır. Bu kriteriyalara hansı şəxslərin krediti qaytara bilmək imkanın olduğu aiddir. Əlilliyi olan şəxslərin sosial müavinəti və pensiyası banklar üçün uyğun olmadığına görə kredit verilmir. Əgər şəxs 300-350 manat pensiya və yaxud sosial müavinət alırsa, banklar hesab edir ki, bu şəxslər krediti qaytara bilməz. Kredit verən bankların göstərə, istinad edə biləcəyi heç bir normativ hüquqi baza yoxdur. Lakin bütün hallarda olmasa da, bir çox hallarda əlilliyi olan şəxslərə kredit verilmir".

"Bu məsələni BMT səviyyəsində qaldırmışıq"

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata bu problemlə bağlı müraciət edənlər çox olub: “Bu problem həll olunmalıdır və biz bu istiqamətində iş görürük. O cümlədən müvafiq təşkilatlara müraciət etmişik ki, pensiya və sosial müavinətlər elə bir səviyyəyə çatdırılsın ki, bankların qoyduğu tələbləri təmin etsin və əlillliyi olan şəxslər kredit götürə bilsinlər. İttifaq olaraq bu məsələni bir neçə dəfə BMT-nin Cenevrə (İsveçrə) və Nyu-Yorkdakı (ABŞ) ofislərində də qaldırmışıq, əlilliyi olan şəxslərə qarşı ayrıseçkilik olmaması ilə bağlı danışmışdıq, sosial müavinətlərin aşağı olması səbəbindən kreditlərin verilmədiyini bildirmişik. Digər tərəfdən qanunvericiliyə dəyişiklik edilməsi üçün hazırladığımız sənədləri BMT-yə göndərmişik və BMT də bunu öz növbəsində bizim hökumətə göndərib ki, bu məsələyə diqqət yetirsin".

"Əlilliyi olan şəxslərlə bağlı problem olmayıb"

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Baş iqtisadçısı Əzizağa Haxverdiyev isə deyir ki, indiyə qədər Azərbaycanda əlilliyi olan şəxslərə kredit verilməsində problem olmayıb: “Əgər şəxsin rəsmi gəliri varsa, ödəniş qabiliyyəti varsa, banklar kredit verirlər. Yəni bank üçün əsas budur ki, ödəniş qabiliyyəti olsun. Əgər ödəniş qabiliyyətinə təsiri varsa, artıq bank burada kredit verməyə bilər. Əsas rəsmi gəliridir, rəsmi iş yeri olmasa da olar. Yəni adam göstərməlidir ki, gəliri haradan gəlir. Bankın gəliri olmayan bir şəxsə kredit verməyi düzgün deyil. Ümumiyyətlə, banklar rəsmi gəliri və yaxud rəşmi işi olmayan heç kimə kredit vermir”.

"Əlilin iş yeri olmalıdır"

Azərbaycan banklarından birinin kredit mütəxəssisi Emil Əliyev isə deyir ki, kredit almaq istəyən əlil istənilən halda iş yerinə malik olmalıdır: “Bizim bankda əlillik üçün alınan müavinət pensiya kimi sayılır. Pensiya alanlara isə biz kredit verə bilmirik. Amma iş yeri varsa, ona kredit ayıra bilirik. Bu vaxt əlilliyi də əlavə gəlir kimi götürürük. Məsələn, 500 manat maaş, 200 manat da pensiya alırsa, biz onu 700 manat gəlir kimi nəzərə alıb kredit veririk. Amma yalnız əlillik müavinəti ilə yaxınlaşan şəxsə kredit ayırmaq alınmır".

Paylaş

Xəbər lenti

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR