
İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandirini saxlayıb.
Bu barədə “AVESTA.AZ” TASS-a istinadən xəbər verir.
“Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, -məlumatda bildirilir.
Məlumata görə, Əbu Bahari İŞİD qruplaşmasının “əcnəbi” adlandırılan batalyonuna rəhbərlik edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.