
Xaçmazın Gülalan kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var.
“AVESTA.AZ”un Şimal bürosunun məlumatına görə, "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən "Daewoo Nexia" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Məmmədov Vüqar Vaqif oğlu, 1987-ci il təvəllüdlü Paşayev Mahir Ağakişi oğlu və 2001-ci il təvəllüdlü Sadıqov Vüsal İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.