5-10-2023, 00:00 724

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

“AVESTA.AZ” xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib.

Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Paylaş

Xəbər lenti

Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Bu gün, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Bu gün, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Bu gün, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Bu gün, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Bu gün, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Bu gün, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Bu gün, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Bu gün, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Bu gün, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Bu gün, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Bu gün, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Bu gün, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Bu gün, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Bu gün, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Bu gün, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Bu gün, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Bu gün, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Bu gün, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Bu gün, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Bu gün, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Bu gün, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Bu gün, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Bu gün, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Bu gün, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Bu gün, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Bu gün, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Bu gün, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Bu gün, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Bu gün, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Bu gün, 16:48 Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə və "Aramco"ya hücum etdilər Bu gün, 16:48 Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48 Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər Bu gün, 15:48 "Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR