14-11-2023, 16:42 562

DSMF-nin 2024-cü il büdcəsinə dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.

"AVESTA.AZ"un xəbərinə görə, sənədi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.

Fondun gəlirlərinin 5 milyard 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 10,5%, yaxud 504,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Komitə sədri qeyd edib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.

2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır və bu 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat və ya 5,2% azdır.

Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür.

Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır. Cari və növbəti illərdə əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Bu gün, 21:48 İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub Bu gün, 21:48 Maşınlar ucuz qiymətə satışa çıxarıldı - "Volkswagen Passat" 5 625 AZN Bu gün, 21:48 "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək Bu gün, 21:48 "ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Bu gün, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Bu gün, 20:48 Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb Bu gün, 20:48 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı Bu gün, 20:48 Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb Bu gün, 20:48 Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir Bu gün, 20:48 Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Bu gün, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Bu gün, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Bu gün, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Bu gün, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Bu gün, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Bu gün, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Bu gün, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Bu gün, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Bu gün, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Bu gün, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Bu gün, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Bu gün, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Bu gün, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Bu gün, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Bu gün, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Bu gün, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Bu gün, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Bu gün, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Bu gün, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Bu gün, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Bu gün, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Bu gün, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Bu gün, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Bu gün, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Bu gün, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Bu gün, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Bu gün, 16:48 Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub Bu gün, 15:48 "Formula 1"ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək Bu gün, 15:48 Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü Bu gün, 15:48 Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər Bu gün, 15:48 Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib Bu gün, 15:48 Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb Bu gün, 15:48 Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? Bu gün, 15:48 Malların gömrükdə bəyan edilməsi ilə bağlı yeni qayda qüvvəyə minir Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR