25-12-2023, 15:45 544

Azərbaycanda kredit ödəmək mədəniyyəti varmı?

Müşahidələr göstərir ki, Azərbaycanda insanların böyük əksəriyyəti götürdüyü kreditin ödənişinə məsuliyyətlə yanaşmır.

Kredit mütəxəssisləri deyir ki, indi ölkədə kredit tarixçəsi ideal olan, yəni gecikmə günlərinin sayı 0 olan müştərilərə nadir hallarda rast gəlinir.

Yəni, kredit götürənlərin az hissəsi onun ödənişini vaxtında həyata keçirir. Əksər müştərilərdə 1-2 gün belə olsa gecikmə qeydə alınır. Bəzi müştərilər isə borcu alan kimi, kredit təşkilatının ünvanını yaddan çıxarırlar. Yəni, onları bəri başdan qətiləşdirirlər ki, krediti ödəməyəcəklər.

Bəs Azərbaycanda kredit ödəmək mədəniyyəti varmı? "Report" mövzunu maliyyə bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri - Rəşad Həsənov deyir ki, Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra kredit təşkilatları, o cümlədən banklar kredit ödənişi məsələsinə daha həssas yanaşır, müştərilərlə aktiv işləyir, odur ki, son illər ölkədə kredit ödəmə mədəniyyəti sahəsində vəziyyət xeyli yaxşılaşıb: "2015-ci ildən sonra ödənişdə məsuliyyətli davranış meyllərinin artdığı müşahidə olunmaqdadır. Çünki kredit təşkilatları müəyyən alətlərdən istifadə edirlər, o cümlədən, birbaşa kommunikasiya üsulu ilə çalışırlar ki, ödənişi vaxtında təmin etsinlər. Bundan başqa, kredit təşkilatları çalışır ki, kredit tarixçəsi müsbət olan, eləcə də daimi gəliri olan vətəndaşlara borc versinlər. Daimi gəlir əmək haqqı, pensiya və digər sosial müavinətlər ola bilər. Bu halda hardasa işləyən adam yalnız maaşı gecikəndə kredit ödənişini gecikdirir".

Ekspertin sözlərinə görə, gecikmə günlərinin sayı 30-u keçdikdən kredit təşkilatları sərt tədbirlərə əl ata bilərlər, amma bunlar, qanun çərçivəsində baş verməlidir: "Məsələn, bank işçisinin borcalanı təhdid etmək, hədələmək kimi hüququ yoxdur. O, sadəcə vətəndaşa xəbərdarlıq edə bilərlər ki, müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əmək etsin. Bu xəbərdarlığın yazılı və yaxud şifahi formada, birbaşa kommunikasiya üsullarından istifadə etməklə telefonla və yaxud digər formada vətəndaşa çatdırılması başa düşüləndir. Banklar kollektor agentliklərinin xidmətlərindən də istifadə edə bilər. Bütün bunlar da beynəlxalq təcrübədə var və kredit ödəmə mədəniyyətinin formalaşmasına xidmət edir".

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, Azərbaycanda kredit ödəmək mədəniyyətinin formalaşdığını demək olar: "Maliyyə sektoru devalvasiyadan sonra əziyyət çəkdi, amma hazırda kreditlərin ödənilməsi baxımından vəziyyət yaxşıdır. Xüsusilə son 2 ildə fiziki şəxslərə kreditlərin verilməsi ciddi nəzarət altındadır. Odur ki, kreditlər vaxtında ödənilir. Qaldı ki, müştərini krediti ödəmək üçün nəyəsə məcbur etməyə, banklar yalnız onun öhdəliyini yadına sala bilərlər. Bank işçilərinin mədəni və nəzakətli davranması, müştərinin öhdəlikləri haqqında ona etika çərçivəsində məlumat verməsi vacibdir”.

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 15,3 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8 %, son 1 ildə isə 31,8 % azalıb.

Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3 %, ötən ilin sonuna 2,9 %, ötən il oktyabrın sonuna isə 3,2 % olub.

Paylaş

Xəbər lenti

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb Bu gün, 09:48 Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər Bu gün, 09:48 Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb Bu gün, 09:48 Aeroport şosesində qəza baş verib, tıxac yaranıb Bu gün, 09:48 Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq Bu gün, 09:48 Haaland "Mançester Siti"dən ayrılıb "Barselona"ya keçə bilər Bu gün, 09:48 "Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq Bu gün, 09:48 Bakının bu rayonlarında işıq olmayacaq Bu gün, 08:48 IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir Bu gün, 08:48 Bakı metrosunda böyük yenilik: Milyonlarla dollar kredit ayrıldı Bu gün, 08:48 IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2026-2027-ci illər proqnozunu xeyli yüksəldib Bu gün, 08:48 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı Bu gün, 08:48 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR