1-01-2024, 17:40 443

Azərbaycanda aqrar sektora əlavə güzəştlər verilib

Bu ildən Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

“AVESTA.AZ” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Ancaq bütün kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni, tədarükü və ticarəti tam olaraq vergidən azad deyil. Lakin 2020-ci il yanvarın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin malların siyahısı Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvəli, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı minerallar, vitaminlər və digər maddələr daxil edilib.

Qeyd edək ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması təbii ki, heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Vergi güzəşti ölkədə istehsal edilən mal əti, qoyun əti, həmçinin, quş ətinin bahalaşmasının qarşısını ala biləcək əsas məsələlərdən biridir.

Çünki mal əti satan şəxslər hər zaman həmin heyvanı fermerlərdən almırlar. Əsasən, tədarük məntəqələrindən əldə edirlər. Bu halda isə satıcı satış zamanı həm ticarət əlavəsini, həmçinin, öz ödədiyi əlavə dəyər vergisini malın üzərinə əlavə edərək satır. Nəticədə, mal ətinin və digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinin ƏDV-dən azad olması təbii ki, son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq.

Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi ümumilikdə kənd təsərrüfatı sektorunda qiymətlərin artımının qarşısını ala bilən mühüm səbəblərdəndir.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.

Paylaş

Xəbər lenti

Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Bu gün, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Bu gün, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Bu gün, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Bu gün, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Bu gün, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Bu gün, 17:48 Aliment məbləği müzakirə edildi Bu gün, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ Bu gün, 15:48 Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib Bu gün, 15:48 Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 günfaizsiz nağd kredit! Bu gün, 15:48 Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi Bu gün, 15:48 "McDonald"s Azərbaycan" və DSMF-nin birgə layihəsi çərçivəsində "Zəfərin varisləri" proqramına start verilir - FOTO Bu gün, 14:48 Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb Bu gün, 14:48 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər Bu gün, 14:48 PAŞA Real Estate Qrup və "Zəfər" İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib Bu gün, 14:48 İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Bu gün, 14:48 Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub Bu gün, 14:48 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi Bu gün, 14:48 DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb Bu gün, 14:48 Emin Mahmudov millidə karyerasını başa vurur Bu gün, 13:49 Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib Bu gün, 13:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub Bu gün, 13:49 Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar" Bu gün, 13:49 Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Bu gün, 13:49 Yasamalda boru partlayıb - Tədbir görülür Bu gün, 13:49 Yadplanetlilər həqiqətən varmı? - İlon Maskın diqqətçəkən paylaşımı Bu gün, 13:49 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU Bu gün, 13:48 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı Bu gün, 13:48 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ Bu gün, 13:48 ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir Bu gün, 13:48 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR