
Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunub ki, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.
Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.
Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.
Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında azı 4 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Kyodo agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.
Bundan başqa sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İsikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.
Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.
Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.
Qeyd olunub ki, faktlar toplanılır və dəqiqləşdirilir.
Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.
Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.