8-01-2024, 00:32 506

Bakıda yeni Mərkəzi Planlaşdırma Rayonunun sərhədləri müəyyənləşib

Bakıda yeni Mərkəzi Planlaşdırma Rayonunun sərhədləri müəyyənləşib.

“AVESTA.AZ”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Bakının təklif olunan Mərkəzi Planlaşdırma Rayonu paytaxtın bənzərsiz və unikal ərazisini əhatə edir. Bu ərazinin özünəməxsus planı və inkişaf prinsipi hər hansı milli planlaşdırma qanunu və qaydaları çərçivəsində tərəqqi etməmişdir. Şəhərin spesifik planlaşdırma yanaşması onun tarixi inkişafına uyğun formalaşmışdır. Paytaxt şəhərin özünəməxsusluğu və neft iqtisadiyyatının şəhər inkişafına təsiri nəticəsində 1920-ci illərdən etibarən Bakının şəhər inkişafı ilə bağlı tədbirlər konkret lokal məsələlərin, məsələn, əlaqələndirmə və nəqliyyat imkanlarının yaradılması, sənaye inkişafının səmərəliliyi ilə sakinlər üçün əlverişli yaşayış şəraitinin təmin edilməsi arasında tarazlığın qurulması kimi məsələlərin həllinə yönəldilmişdir.

Şəhərin mühüm əhəmiyyətə malik mərkəzi ərazilərini, yəni şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri müəyyən edilib. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə Mərkəzi Planlaşdırma Rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.

Bakının Mərkəzi Planlaşdırma Rayonu tarixi bina və abidələrlə müasir memarlığa malik tikililərin ahəngi ilə səciyyələnir. Mərkəzi Planlaşdırma Rayon daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) inkişafın şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rolu oynayır. Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılmasında məqsəd təklif olunan ərazi üzrə konkret tikinti norma və qaydalarının tətbiq edilməsi ilə mərkəzi Bakının özünün tarixi hüdudları daxilində ahəngdar inkişafının təmin edilməsidir. Bu ərazidə Bakının simasını və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr və tarixi binalar yerləşir.

Bakının Mərkəzi Planlaşdırma Rayonunun aşağıdakı zonalara bölünməsi təklif olunur:

1. YUNESKO-nun ümumdünya irs obyektləri siyahısına daxil olan “İçərişəhər” / Mühafizə zonası

Rəsmi olaraq mühafizə olunan bu ərazidə aparılan bütün tikinti işləri “Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmalıdır. Qala şəhərin ətrafındakı mühafizə zonası daxilində hər hansı binanın tikintisinə icazə verilməməlidir.

2. “İçərişəhər”in genişləndirilmiş mühafizə zonası

“İçərişəhər”in birbaşa qonşuluğunda olan bu həssas ərazidə aparılacaq gələcək inkişaf fəaliyyətlərinə səlahiyyətli qurumların (Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, DŞAK, Memarlar İttifaqı) nümayəndələrindən ibarət ekspert heyəti tərəfindən nəzarət edilməlidir. Bu ərazidə tikinti təsdiqləri qeyd edilən ekspert heyətinin razılığı ilə verilməlidir. Binanın tutumu, mərtəbəliliyi, habelə memarlıq layihəsinin keyfiyyəti əsas meyarlar kimi qəbul edilməlidir.

3. Tarixi şəhərin genişləndirilmiş mərkəzi

Bu ərazi üçün eynitipli memarlıq və ərazi təşkili səciyyəvidir. Ərazi əsasən yaşayış və inzibati binalar, ticarət obyektləri, mehmanxanalar və infrastruktur obyektlərinin cəmləşdiyi qarışıq istifadə olunan şəhər strukturuna sahibdir. Burada həyata keçiriləcək inkişaf fəaliyyətlərində şəhərsalma kontekstinə uyğun yenidən qurulmuş tarixi binalarla nöqtəvi şəkildə inşa olunan müasir binaların vəhdəti nəzərə alınacaq.

Bu ərazidə tətbiq olunacaq tikinti nəzarət qaydalarında aşağıdakılar nəzərə alınmalıdır:

• memarlıq ansamblının qorunması, mühafizəsi və saxlanması;

• yox olmaqda olan bina elementlərinin bərpası və konsolidasiyası;

• müasir memarlığın həssaslıqla inteqrə edilməsi.

Bunu nəzərə alaraq, zonalaşdırma planında idarəetmənin bütün ərazi üzrə sadə tikinti nəzarət rejiminin tətbiqi ilə aparılması üçün şəhər parametrləri müəyyən edilir ki, bu da icra üzrə bir çox məsələyə aydınlığın gətirilməsinə və icranın asanlaşdırılmasına imkan verir:

• tikinti sıxlığı əmsalı (TSƏ) – maks. 2,5;

• tikinti əmsalı (TƏ) – maks. 0,7;

• mərtəbəlilik – maks. 5 mərtəbə.

Yuxarıda göstərilən parametrlərə cavab verməyən mövcud binaların saxlanılmasına icazə veriləcək. Qeyd olunan binalar söküləcəyi halda həmin yerdə eyni parametrlərə sahib yeni binanın inşa olunmasına icazə verilməməlidir. Heç bir fərq qoyulmadan yeni binaların tikintisində yuxarıdakı parametrlərə riayət olunmalıdır.

Sosial-iqtisadi inkişaf planına və ümumi şəhər strukturuna əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində çoxfunksiyalı (qarışıq istifadə) zonalar bir neçə qrupa bölünmüşdür:

• Bakının Mərkəzi Planlaşdırma Rayonu: inzibati, ticarət və mədəniyyət müəssisələrinin cəmləşməsi ilə səciyyələnən, şəhərin tarixi və bugünkü mərkəzi;

• 28 May hibrid yaşıl dəhlizi: davamı olmayan dəmir yolu xətti boyu yaradıcı sənaye sahələrinin və müasir şəhər həyat tərzinin inkişafı üçün geniş imkanlar təmin edən yeni inkişaf əraziləri.

Paylaş

Xəbər lenti

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! Bu gün, 10:48 Batrakov: "Çox xoşbəxtəm" Bu gün, 10:48 Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi Bu gün, 10:48 Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? - RƏSMİ CAVAB Bu gün, 10:48 Taksi sürücüsü ilə qadın sərnişin arasında pulun qalığı üstündə mübahisə Bu gün, 10:48 Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb Bu gün, 10:48 Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir Bu gün, 10:48 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 113 dollara düşüb Bu gün, 09:49 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir Bu gün, 09:48 Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı Bu gün, 09:48 Alyona Əliyeva "Alfred və Violetta" tamaşasından paylaşım edib - Foto Bu gün, 09:48 BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:48 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü Bu gün, 09:48 Abşeronda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb Bu gün, 09:48 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası Bu gün, 00:48 2027-ci ildə dünyanı nələr gözləyir? - Ekstrasenslərin proqnozları, alimlərin gözləntiləri Bu gün, 00:48 Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb" Dünən, 23:48 Leyla Əliyeva "Sayrışan simvollar" adlı sərgidən paylaşım edib Dünən, 23:48 Şəhid anası qəzada həlak oldu Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Azərbaycanlı izlərinin silindiyi Saral kəndi Dünən, 23:48 Ankarada Azərbaycanın Zəfər günü qeyd olunub Dünən, 23:48 "Binance" hakerlərin 6 mlrd dollarlıq kriptovalyuta oğurluğu sxeminin detallarını açıqlayıb Dünən, 23:48 Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı Dünən, 23:48 Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Dünən, 22:48 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı Dünən, 22:48 Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA Dünən, 22:48 İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı Dünən, 22:48 ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib Dünən, 21:48 Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib Dünən, 21:48 İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb Dünən, 21:48 ABŞ İrana nüvə zərbəsi endirəcək? Dünən, 21:48 İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır" Dünən, 21:48 Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı Dünən, 21:48 Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər Dünən, 20:48 İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar Dünən, 20:48 Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar Dünən, 20:48 Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Dünən, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Dünən, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Dünən, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Dünən, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Dünən, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Dünən, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Dünən, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Dünən, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Dünən, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR