22-01-2024, 18:18 1609

COP29 Təşkilat Komitəsinin ilk iclası keçirilib

2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" zonası elan edildiyini bildirib.

Samir Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisi kimi dəyərləndirildiyini bildirib.

Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

S.Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı verdiyi tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, yerli və beynəlxalq media və digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayıb.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Paylaş

Xəbər lenti

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48 Kosmosda yadplanetli həyatın izlərini aşkarlayan yeni test hazırlanıb Bu gün, 13:48 Küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə I oxunuşda qəbul edilib Bu gün, 13:48 Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı Bu gün, 13:48 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu Bu gün, 13:48 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Bu gün, 13:48 Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48 Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb Bu gün, 12:48 Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub Bu gün, 11:48 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var Bu gün, 11:48 Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir" Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb Bu gün, 11:48 Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB Bu gün, 11:48 Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb Bu gün, 11:48 Kim dövlət qulluqçusu ola bilməyəcək? - Qanun qəbul edildi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR