21-02-2024, 18:07 566

Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

"AVESTA.AZ" xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm".

Paylaş

Xəbər lenti

Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib Bu gün, 13:48 Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub Bu gün, 13:48 Sabah Bakıda 29° isti olacaq Bu gün, 13:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər Bu gün, 13:48 Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər Bu gün, 13:48 Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" Bu gün, 13:48 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub Bu gün, 13:48 Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür Bu gün, 13:48 Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir Bu gün, 13:48 İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib Bu gün, 13:48 Lamin Yamal şəxsi rekordunu təkrarlayıb Bu gün, 13:48 Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir Bu gün, 13:48 Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb Bu gün, 13:48 Monqolustan Azərbaycanla birbaşa aviareyslərin tezliklə işə salınacağını gözləyir Bu gün, 13:48 İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib" Bu gün, 12:49 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib Bu gün, 12:49 Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA Bu gün, 12:48 İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb Bu gün, 12:48 Nazir müavini: "işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd bərpa edilib" Bu gün, 12:48 Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!" - ANBAAN VİDEO Bu gün, 12:48 Cəlilabadda qadın su quyusuna düşərək ölüb Bu gün, 12:48 Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb Bu gün, 12:48 Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı Bu gün, 12:48 İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur Bu gün, 11:48 Ramin Məmmədov: "Dini abidələrin bərpası keçmişə ehtiramın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir" Bu gün, 11:48 Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Bu gün, 11:48 İşğal dövründə məhv edilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarının da fəaliyyətinə nəzarət edəcək Bu gün, 11:48 "Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işləri nə vaxt yekunlaşacaq? Bu gün, 11:48 Mikayıl Cabbarov: "Milli iqtisadiyyatın mürəkkəbliyini artırmaq istəyirik" Bu gün, 11:48 Adil Kərimli: "Yeni tikililər, yeni infrastruktur layihələri tarixi binalara, tarixi abidələrə ciddi təhdid törətmiş olur" Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir" Bu gün, 11:48 Adil Kərimli: "Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir" Bu gün, 11:48 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə yönəldilir" Bu gün, 11:48 Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 10:48 JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi Bu gün, 10:48 Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat Bu gün, 10:48 Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi Bu gün, 10:48 Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda konfrans keçirilir Bu gün, 10:48 Azərbaycan Hindistana neft ixracından qazancını 500 dəfədən çox artırıb Bu gün, 10:48 AZAL Aktöbəyə ilk birbaşa uçuşunu həyata keçirib Bu gün, 10:48 Azərbaycanda əhalinin sayı 0,14 % artıb Bu gün, 10:48 Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir Bu gün, 10:48 İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR