Bu gün, 10:48 91

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

AVESTA.AZ xəbər verir ki, mətndə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur.

Qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir.

Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.

Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.

Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.

Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Fürsətdən istifadə edərək, Təşkilata üzv ölkələrin dəyərli liderlərinə ehtiramımı ifadə edir, Qurultaya ünvanladıqları müraciətlərə və ümumiyyətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatındakı sədrliyinin işinə göstərdikləri daimi dəstəyə görə təşəkkürümü bildirirəm.

Hörmətli tədbir iştirakçıları!

Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir. İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.

Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir, Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik sahəsində dialoqu tamamilə yeni səviyyəyə qaldıraraq ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Belə ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən, mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür.

Əminəm ki, Toplantı zamanı gündəlikdə duran mühüm məsələlər ətrafında aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüs və təkliflər ölkələrimizin əmin-amanlığına, təhlükəsiz gələcəyinə, Türk dünyasının qlobal təhdidlər qarşısında daha dayanıqlı və sarsılmaz bir gücə çevrilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Toplantının işinə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 10:48 JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi Bu gün, 10:48 Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat Bu gün, 10:48 Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi Bu gün, 10:48 Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda konfrans keçirilir Bu gün, 10:48 Azərbaycan Hindistana neft ixracından qazancını 500 dəfədən çox artırıb Bu gün, 10:48 AZAL Aktöbəyə ilk birbaşa uçuşunu həyata keçirib Bu gün, 10:48 Azərbaycanda əhalinin sayı 0,14 % artıb Bu gün, 10:48 Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir Bu gün, 10:48 İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu Bu gün, 10:48 Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub Bu gün, 09:48 Avropa Liqasında böyük futbol gecəsi: "Beşiktaş", "Yuventus" və "Kristal Pelas" meydana çıxır Bu gün, 09:48 87 yaşlı Əməkdar incəsənət xadimi vəfat etdi Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar Bu gün, 09:48 Lionel Messi karyerasında 49-cu titulunu qazanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 122 dollara düşüb Bu gün, 09:48 Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb Bu gün, 09:48 Bakının 17 istiqamətində tıxac yaranıb Bu gün, 08:48 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb Bu gün, 08:48 Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Dünən, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Dünən, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Dünən, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Dünən, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Dünən, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Dünən, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Dünən, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Dünən, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Dünən, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Dünən, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Dünən, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR