Bu gün, 11:48 87

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.

Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.

Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.

Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanının və stansiyanın dayanıqlığının artırılması 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.

Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti "Həzi Aslanov" stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.

Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib" Bu gün, 12:49 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib Bu gün, 12:49 Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA Bu gün, 12:48 İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb Bu gün, 12:48 Nazir müavini: "işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd bərpa edilib" Bu gün, 12:48 Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!" - ANBAAN VİDEO Bu gün, 12:48 Cəlilabadda qadın su quyusuna düşərək ölüb Bu gün, 12:48 Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb Bu gün, 12:48 Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı Bu gün, 12:48 İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur Bu gün, 11:48 Ramin Məmmədov: "Dini abidələrin bərpası keçmişə ehtiramın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir" Bu gün, 11:48 Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Bu gün, 11:48 İşğal dövründə məhv edilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarının da fəaliyyətinə nəzarət edəcək Bu gün, 11:48 "Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işləri nə vaxt yekunlaşacaq? Bu gün, 11:48 Mikayıl Cabbarov: "Milli iqtisadiyyatın mürəkkəbliyini artırmaq istəyirik" Bu gün, 11:48 Adil Kərimli: "Yeni tikililər, yeni infrastruktur layihələri tarixi binalara, tarixi abidələrə ciddi təhdid törətmiş olur" Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir" Bu gün, 11:48 Adil Kərimli: "Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir" Bu gün, 11:48 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə yönəldilir" Bu gün, 11:48 Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 10:48 JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi Bu gün, 10:48 Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat Bu gün, 10:48 Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi Bu gün, 10:48 Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda konfrans keçirilir Bu gün, 10:48 Azərbaycan Hindistana neft ixracından qazancını 500 dəfədən çox artırıb Bu gün, 10:48 AZAL Aktöbəyə ilk birbaşa uçuşunu həyata keçirib Bu gün, 10:48 Azərbaycanda əhalinin sayı 0,14 % artıb Bu gün, 10:48 Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir Bu gün, 10:48 İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu Bu gün, 10:48 Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub Bu gün, 09:48 Avropa Liqasında böyük futbol gecəsi: "Beşiktaş", "Yuventus" və "Kristal Pelas" meydana çıxır Bu gün, 09:48 87 yaşlı Əməkdar incəsənət xadimi vəfat etdi Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar Bu gün, 09:48 Lionel Messi karyerasında 49-cu titulunu qazanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 122 dollara düşüb Bu gün, 09:48 Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb Bu gün, 09:48 Bakının 17 istiqamətində tıxac yaranıb Bu gün, 08:48 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb Bu gün, 08:48 Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR