
"Yeni tikililər, yeni infrastruktur layihələri tarixi binalara, tarixi abidələrə ciddi təhdid törətmiş olur".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
Nazirin sözlərinə görə, yeni tikililərin icrası zamanı xüsusi həssaslıq və xüsusi elmi yanaşmaların tətbiqi çox önəmlidir.
"Təbii ki, tarixi abidələrin orijinallığını qoruyub saxlamaqla, daha doğrusu onların mühafizəsinin tərkibi olaraq bərpası və konservasiya işlərinin həyata keçirilməsi o qədər koordinasiyalı şəkildə, o qədər bir-birinə mütənasib şəkildə həyata keçirilməlidir ki, bir-birinə zərər vurmasın. İnteqrasiya məsələləri önəmli məsələlərdir. Yeni binalər tikilir, yeni şəhərsalma görkəmi formalaşır. Bu zaman tarixi binaların ora inteqrasiyası çox vacib məsələlərdəndir.
Nazir vurğulayıb ki, bu bir təhdid yaradır və yeni çağırış formalaşdırır.
"Düşünürəm ki, xüsusilə də şəhərsalmanın intensiv olduğu bölgələrdə tarixi dini abidələrin və ümumiyyətlə mədəni irs nümunələrinin qorunmasında da xüsusi bir balans formalaşmalıdır".
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.