8-09-2022, 12:00 921

EBRD-nin prezidenti Cənubi Qafqaza səfərinə Azərbaycandan başlayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində sentyabrın 11-13-də Azərbaycana gələcək.

Bu barədə "AVESTA.AZ"a EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.

"2020-ci ilin sonunda vəzifəsinin icrasına başladıqdan sonra bu, Odil Reno-Bassonun ilk səfəridir. EBRD prezidentinin Cənubi Qafqaz regionuna beş günlük səfəri Azərbaycandan başlayır, daha sonra o, Gürcüstan və Ermənistana gedəcək", - nümayəndəlikdən bildirilib.

Bankın ofisi kredit müqavilələrinin imzalanacağını istisna etməsə də, hələlik bu məsələnin və planlaşdırılan görüşlərin razılaşdırılma mərhələsində olduğunu açıqlayıb.

Daha əvvəl EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova “AVESTA.AZ”a bildirib ki, səfərdə əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahələrində mühüm roluna yönəldiləcək.

Xatırladaq ki, bu ilin may ayında EBRD-nin Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir.

EBRD həmçinin Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin sentyabrın 21-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bu yaxınlarda EBRD Bakı yaxınlığında 5 000 tonluq anbarın tikintisi məqsədilə Azərbaycanın “W&E Forward” logistika şirkətinə və "Alat Bay" MMC-yə 4 milyon ABŞ dolları (3,9 milyon avro) dəyərində kredit ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri 7 milyon 362 min 500 ABŞ dolları təşkil edir.

Layihə Gürcüstanın Qara dəniz limanları və Bakı arasında daşınma qiymətini və vaxtını azaltmaq hesabına tranzit və idxal yükləri axınını asanlaşdırmağa imkan verəcək.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) dövlət zəmanəti olmadan kreditin ayrılması üzrə danışıqlar aparır.

Qeyd edək ki, EBRD Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,318 milyard avro sərmayə yatırıb. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 833 milyon avro (19 milyon avro çox), əməliyyat aktivləri 759 milyon avro (18 milyon avro çox), kumulyativ ödənişləri isə 3,117 milyard avro (80 milyon avro çox) təşkil edib.

Paylaş

Xəbər lenti

Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Dünən, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Dünən, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Dünən, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Dünən, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Dünən, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Dünən, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Dünən, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Dünən, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Dünən, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Dünən, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Dünən, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Dünən, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Dünən, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Dünən, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Dünən, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Dünən, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Dünən, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Dünən, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Dünən, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Dünən, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Dünən, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Dünən, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Dünən, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Dünən, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Dünən, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR