9-09-2022, 12:00 829

Nazir:

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub.

Bu barədə "Report"a Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən Daxili İşlər Nazirləri Şurasının iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığı, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsi istiqamətində də səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

İclasda çıxış edən Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.

V.Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.

Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silahın və 9 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.

General-polkovnik V.Eyvazov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Paylaş

Xəbər lenti

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Dünən, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Dünən, 18:48 Fəxri idman işçisi vəfat etdi Dünən, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Dünən, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Dünən, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Dünən, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Dünən, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Dünən, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Dünən, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Dünən, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Dünən, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Dünən, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Dünən, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Dünən, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Dünən, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Dünən, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Dünən, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Dünən, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Dünən, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Dünən, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Dünən, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Dünən, 14:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR