
Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.