20-06-2024, 19:35 734

İyunun 9-da keçirilən informatika və coğrafiya fənləri üzrə əlavə imtahanın nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.

Bu barədə "AVESTA.AZ"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Paylaş

Xəbər lenti

"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Bu gün, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Bu gün, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Bu gün, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Bu gün, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Bu gün, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Bu gün, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Bu gün, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Bu gün, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Bu gün, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Bu gün, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48 Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub Bu gün, 11:48 Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı Bu gün, 11:48 Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48 "Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır Bu gün, 10:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib Bu gün, 10:48 Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib Bu gün, 10:48 Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR