11-09-2024, 11:59 487

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərin ixtisas imtahanına qeydiyyat elan edilib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat elan edilib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə aşağıda göstərilən istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. müəssisələrin qiymətləndirilməsi;

5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. təbii sərvətlərin qiymətləndirilməsi;

8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. xidmətlərin qiymətləndirilməsi.

Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.

İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 11 sentyabr saat 12:00‑dan 7 oktyabr saat 23:59-dək “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisas şəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti istiqamətlərindən birini seçir.

Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından Mərkəzin "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanda namizədələrə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahanın davametmə müddəti 1 (bir) saatdır.

İmtahanda iştirak etmiş namizədlər imtahan bitdikdə öz nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, namizədlərin əldə etdikləri nəticə Mərkəz tərəfindən onların Şəxsi kabinetinə yüklənəcəkdir. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.

Namizədlərə imtahana səmərəli hazırlaşmaları üçün test imtahanı proqramları ilə tanış olmaq tövsiyə olunur:

Test imtahanı proqramları

Paylaş

Xəbər lenti

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı Bu gün, 00:48 Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Dünən, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Dünən, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Dünən, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Dünən, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Dünən, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Dünən, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Dünən, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Dünən, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Dünən, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Dünən, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Dünən, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Dünən, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Dünən, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Dünən, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Dünən, 19:48 Ucarda ev yanıb kül oldu Dünən, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Dünən, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Dünən, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Dünən, 18:48 Süni intellektin əmək bazarı planı: İşsizlik dalğası, yoxsa yeni peşələr? Dünən, 18:48 Ekspres avtobuslarla bir gündə 127 mindən çox sərnişin daşınıb Dünən, 18:48 AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər Dünən, 18:48 Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi Dünən, 18:48 Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb Dünən, 18:48 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Dünən, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Dünən, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Dünən, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Dünən, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Dünən, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Dünən, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Dünən, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Dünən, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Dünən, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Dünən, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Dünən, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Dünən, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR