
Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.
"AVESTA.AZ" xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.