4-11-2024, 18:40 723

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.

"AVESTA.AZ" RİNN-ə istinadən xəbər verir ki, həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.

“Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.

Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti - “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.

Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.

Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.

Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.

Paylaş

Xəbər lenti

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Bu gün, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Bu gün, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Bu gün, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Bu gün, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Bu gün, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Bu gün, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Bu gün, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Bu gün, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Bu gün, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Bu gün, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Bu gün, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Bu gün, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Bu gün, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Bu gün, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Bu gün, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Bu gün, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Bu gün, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Bu gün, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Bu gün, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Bu gün, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Bu gün, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Bu gün, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Bu gün, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Bu gün, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Bu gün, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Bu gün, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Bu gün, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Bu gün, 16:48 Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb Bu gün, 16:48 Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib Bu gün, 16:48 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb Bu gün, 16:48 Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün keçiriləcəyini gözləyir Bu gün, 16:48 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48 Nepalda sel fəlakəti: ölənlərin sayı 1367-yə çatıb Bu gün, 15:48 İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı Bu gün, 15:48 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR Bu gün, 15:48 İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək Bu gün, 15:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb Bu gün, 15:48 Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu Bu gün, 15:48 Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi Bu gün, 15:48 Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya Bu gün, 15:48 Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus Bu gün, 15:48 CENTCOM İranın iki ABŞ hərbi gəmisini vurması barədə iddiaları təkzib edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR