9-11-2024, 18:07 457

Ombudsman Aparatı azad olunmuş ərazilərdəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərimizdə yerləşən təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri təşkil edilib.

Bu barədə "Report"a Ombudsman Aparatının Mətbuat xidmətindən bildirilib.

Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə, Zəngilan rayon Ağalı kənd tam orta məktəbində “Uşaq hüquqları və müdafiə mexanizmləri”, “Təhsil işçilərinin uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun rəhbər prinsipləri, uşaqların zərərli təsirlərdən müdafiəsi, erkən evlilik, bullinq, uşaq əməyi mövzularında şagirdlərə məlumat verilib, milli və beynəlxalq müdafiə mexanizmləri, xüsusilə də Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsil işçiləri ilə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsilverənlərin vəzifələri, bu sahədə mövcud problemlər və həll yolları istiqamətində müzakirələr aparılıb, mövzular ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirmə tədbirlərindən ümumilikdə 240 nəfər şagird, 62 nəfər pedaqoji heyət faydalanıb. Tədbirlərdə Müvəkkilin təşəbbüsü ilə aylıq çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Uşaq hüquqları haqqında” Konvensiyanın uşaqlar üçün anlaşılan dildə nəşrləri paylanılıb.

Səfər çərçivəsində, həmçinin Zəngilan rayon Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb, müəssisənin işçi heyəti ilə fəaliyyətlə bağlı hüquqi maarifləndirici söhbətlər aparılıb.

Paylaş

Xəbər lenti

Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48 Yeni prokuror tanınmış hakimin oğludur Bu gün, 14:48 Yaltada bu səbəbdən fövqəladə vəziyyət elan edildi Bu gün, 14:48 Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48 Yunanıstanlı turist Şəkidə gördüklərindən danışdı: "Bizi heyran etdi" Bu gün, 13:48 Şəbnəm Tovuzlunun qızı Amerikada universitetə qəbul oldu Bu gün, 13:48 Yeqor Krid Bakıda klip çəkdirdi Bu gün, 13:48 Burak Özçivit Rusiyada fanat izdihamı ilə qarşılaşdı Bu gün, 13:48 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi? Bu gün, 13:48 Əbdül Xalid: "Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm" Bu gün, 13:48 Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48 "Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım" Bu gün, 12:48 Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" Bu gün, 12:48 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir Bu gün, 12:48 Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub Bu gün, 12:48 Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır" Bu gün, 12:48 "Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb Bu gün, 12:48 Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır" Bu gün, 12:48 Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi Bu gün, 12:48 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək Bu gün, 11:48 Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir" Bu gün, 11:48 Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu Bu gün, 11:48 Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür Bu gün, 11:48 Sevda Yahyayevanın qayınanası: "O mənim qızımdır" Bu gün, 11:48 "Borussiya Dortmund"dan Bakı Olimpiya Stadionu ilə bağlı məzəli paylaşım Bu gün, 11:48 ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 11:48 ARDNF-in aktivləri 74 milyard dollardır Bu gün, 11:48 Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm" Bu gün, 11:48 Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram" Bu gün, 11:48 ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib Bu gün, 11:48 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi Bu gün, 11:48 Qonaqlara iylənmiş ətdən yemək verən şadlıq sarayı ilə bağlı qərar verildi Bu gün, 11:48 "Kupça"sız evə bu yolla sənəd almaq olar Bu gün, 10:48 Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib Bu gün, 10:48 Məşhur meyxanaçı vəfat etdi Bu gün, 10:48 Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası Bu gün, 10:48 XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir" Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR