13-11-2024, 08:37 321

XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq

Azərbaycan, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.

"Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb", - XİN-dən bildirilib.

Qeyd olunur ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur:

"Azərbaycanın ilkin etirazlarına gəlincə, Məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik".

Paylaş

Xəbər lenti

Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48 Kiyev vilayətinə hücumda azərbaycanlı həlak olub – Zelenskidən açıqlama Bu gün, 12:48 SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb Bu gün, 12:48 Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ Bu gün, 12:48 Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü Bu gün, 12:48 Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb" Bu gün, 12:48 Vahid Ələkbərov "Forbes"də BİRİNCİ Bu gün, 12:48 Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi – VƏSİQƏSİ də əlindən alındı Bu gün, 11:48 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE Bu gün, 11:48 Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi Bu gün, 11:48 Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar... Bu gün, 11:48 BDYPİ-dən yük maşını sürücülərinə SƏRT ÇAĞIRIŞ: "Yorğun halda sükan arxasına keçməyin!" Bu gün, 11:48 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı Bu gün, 11:48 Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək Bu gün, 10:48 KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar Bu gün, 10:48 Bakıda bu ərazidə yeni tunel TİKİLƏCƏK Bu gün, 10:48 "Harmoniya" sənədli filmi Romada təqdim olunacaq Bu gün, 10:48 Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI Bu gün, 10:48 Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 10:48 Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI Bu gün, 09:48 46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər" Bu gün, 09:48 Milyonlarını itirən, ağır xəstəliyə tutulan Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? Bu gün, 09:48 "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib Bu gün, 09:48 Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var Bu gün, 09:48 Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var Bu gün, 08:48 Azərbaycanda zavodda yanğın - Ehtiyatlara zərər dəyməyib Bu gün, 08:48 Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq Bu gün, 08:48 Şəhər böyüyür, yollar daralır: Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? Bu gün, 08:48 Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb Bu gün, 00:48 Mustafa Sandalın həyat yoldaşının adı fond qalmaqalında hallandı Dünən, 23:48 Ekspert: "Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." Dünən, 23:48 Gələcəyi daha çox düşünən bürclər hansılardır? Dünən, 23:48 Britaniyada ABŞ aviabazasının yaxınlığında 5 nəfər saxlanılıb Dünən, 22:48 Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb? Dünən, 22:48 Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub Dünən, 22:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Dünən, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Dünən, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR