20-11-2024, 17:54 444

Ziba Mustafayeva: “SOCAR qlobal miqyasda iqlim davamlılığına töhfə verən enerji şirkəti olmağı hədəfləyib”

İqlim dəyişikliyi və bu böhranın nəticələrini yumşaltmaq zərurəti qlobal miqyasda hər kəsi, o cümlədən şirkətləri ciddi tədbirlər görməyə məcbur edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli Cənub-Cənub siyasi dialoqu” mövzusunda keçirilən tədbirdə deyib.

Z. Mustafayeva qeyd edib ki, SOCAR "yaşıl gələcək" üçün qətiyyətli addımlar atmağa sadiqdir: “Bir şirkət olaraq enerji keçidi və transformasiya səyahətinə başlamışıq. SOCAR neft və qaz dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən milli neft-qaz şirkətidir. Lakin 2035-ci ilə qədər həm karbohidrogen, həm də aşağı karbonlu enerji mənbələrindən ibarət diversifikasiya edilmiş portfelə və qlobal enerji liderləri ilə rəqabətə davamlı emissiya profilinə malik milli enerji şirkəti olmaq məqsədimiz var”.

SOCAR-ın 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirən vitse-prezident əlavə edib ki, bu məqsədə çatmaq üçün mərhələlər və konkret hədəflər müəyyənləşdirilib: "Belə ki, 2030-cu ilədək adi qaz məşəllərinin tamamilə ləğvi, 2035-ci ilədək korporativ və mütləq emissiyaların 20-30 % azaldılması, metan emissiyalarının sıfıra yaxınlaşdırılması, 2050-ci ilədək qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən sıfır emissiyalı milli enerji şirkətinə çevrilmək hədəfi mövcuddur".

SOCAR-ın transformasiya strategiyasını şərh edən Z. Mustafayeva bildirib ki, bu proses üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət - korporativ karbonsuzlaşma tədbirləri çərçivəsində emissiyaların azaldılması və ekoloji davamlılığa nail olunması nəzərdə tutulur. İkinci istiqamət üzrə - aşağı karbonlu biznesin inkişafı çərçivəsində günəş, külək, geotermal enerji, yaşıl hidrogen və davamlı yanacaq kimi sahələrin inkişaf etdirilməsi planlaşdırılır. Nəhayət, üçüncü istiqamət yeni əməliyyat modelinin tətbiqini nəzərdə tutur. Şirkət 2023-cü ildə enerji keçidi, ətraf mühit və dekarbonizasiyanı əhatə edən yeni bir struktur təsis edib. Bu, sadəcə müstəqil bir bölmənin yaradılması deyil, həm də bu istiqamətdə işlərin şirkətin bütün fəaliyyətlərinə inteqrasiyasını təmin etməkdir.

Beləliklə, biz şirkətin DNT-sini dəyişdiririk. Bu dəyişiklikləri dəstəkləmək üçün əməliyyat modelini yeniləməli, dəyər zəncirində və strukturda islahatlar aparmalı, eyni zamanda işçi heyətinin bacarıqlarını artırmalıyıq”.

Onun sözlərinə görə, yeni model çərçivəsində SOCAR əsas performans göstəricilərini müəyyənləşdirib və bu göstəriciləri şirkət daxilində tətbiq edərək idarəetmə və motivasiya sistemlərinə inteqrasiya edib: "Bu yanaşma şirkətin bütün sahələrində hədəflərə çatmağa imkan yaradır".

Paylaş

Xəbər lenti

Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Bu gün, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Bu gün, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Bu gün, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Bu gün, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Bu gün, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Bu gün, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Bu gün, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Bu gün, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Bu gün, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Bu gün, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Bu gün, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Bu gün, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Bu gün, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Bu gün, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Bu gün, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Bu gün, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Bu gün, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Bu gün, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Bu gün, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Bu gün, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Bu gün, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Bu gün, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Bu gün, 16:48 Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb Bu gün, 16:48 Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib Bu gün, 16:48 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb Bu gün, 16:48 Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün keçiriləcəyini gözləyir Bu gün, 16:48 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48 Nepalda sel fəlakəti: ölənlərin sayı 1367-yə çatıb Bu gün, 15:48 İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı Bu gün, 15:48 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR Bu gün, 15:48 İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək Bu gün, 15:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb Bu gün, 15:48 Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu Bu gün, 15:48 Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi Bu gün, 15:48 Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya Bu gün, 15:48 Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus Bu gün, 15:48 CENTCOM İranın iki ABŞ hərbi gəmisini vurması barədə iddiaları təkzib edib Bu gün, 15:48 Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı Bu gün, 15:48 Azercell ilk  yeni nəsil diler mağazasını istifadəyə verir Bu gün, 14:48 Tomat beyin fəaliyyətinə necə təsir edir? Bu gün, 14:48 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir Bu gün, 14:48 Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR