
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Təl-Əvivə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endiriblər.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.
"Yəmən silahlı qüvvələri Tel-Əviv ərazisində İsrailin hədəflərinə üç PUA ilə hücum edərək əməliyyat həyata keçirib. PUA-lar hədəflərinə uğurla çatıb", - husilərin "Al Masirah" telekanalında yayımlanan bəyanatında üsyançıların nümayəndəsi bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.