6-10-2022, 18:43 824

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakartada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ilə görüşüb. 

"AVESTA.AZ" xəbər verir ki, TBMM sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək, Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur. 

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop  Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib. 

TBMM sədri görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək, əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə və səsləndirdiyi fikirlərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını ifadə edərək, qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir. O, bu əlaqələrin daha da inkişafında və genişlənməsində iki qardaş ölkələrimizin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Spiker Sahibə Qafarova sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşü xatırladaraq, qeyd edib ki, bu görüş və ümumilikdə prezidentlərimiz arasında keçirilən çoxsaylı görüşlər qardaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir. 

Görüşdə Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2023-cü il həm qardaş Türkiyədə, həm də Azərbaycanda tarixi yubileylərlə zəngindir. Qarşıdan gələn ildə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Həmçinin, 2023-cü il Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümünün qeyd edilməsi ilə əlamətdardır. O, hər iki tarixi hadisə ilə bağlı qardaş ölkələrimizdə geniş tədbirlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. 

Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilir. Beynəlxalq parlamentlərarası qurum və platformalar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirilməsi, deputatlarımızın qarşılıqlı olaraq ölkələrimizin mövqeyini dəstəkləməsi sarsılmaz dostluq və qardaşlıq münasibətlərimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

12:45

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İndoneziyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

“AVESTA.AZ” xəbər verir ki, bunu M.Şəntop tviterdə yazıb.

“Müzakirə zamanı parlementlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün hansı addımlar ata biləcəyimizi müzakirə etdik”, - o bildirib.

Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakarta şəhəridə "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci sammiti keçirilir.

Paylaş

Xəbər lenti

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!" Bu gün, 00:48 Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar Bu gün, 00:48 Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir Dünən, 23:48 Evlərin istilik sistemlərində hansı dəyişikliklər nəzərdə tutulub? Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq Dünən, 23:48 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Dünən, 23:48 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Dünən, 23:48 Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb Dünən, 22:48 Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar Dünən, 22:48 Bu rayonda 960 şagirdlik yeni məktəb TİKİLƏCƏK Dünən, 22:48 Tünzalə Ağayevadan eşq etirafı: "Evlənməyə yox, amma …." Dünən, 22:48 Tünzalə Ağayeva: "Sevginin yaşı yoxdur" Dünən, 22:48 Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI Dünən, 21:48 Bakıda binada uçqun Dünən, 21:48 Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi Dünən, 21:48 Vətən müharibəsi qazisi qətlə yetirildi Dünən, 21:48 Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal Dünən, 20:48 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı Dünən, 20:48 "Naxçıvan Aqroservis"in sədri həbs edilib Dünən, 20:48 Çində 7 maqnitudalı zəlzələ olub Dünən, 20:48 Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub Dünən, 20:48 SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib Dünən, 20:48 Ağdamda avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi Dünən, 19:48 Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı Dünən, 19:48 Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib Dünən, 19:48 Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək Dünən, 19:48 İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub Dünən, 18:48 Belarus müharibəyə hazırlaşır, lakin ondan yayınmağa çalışır Dünən, 18:48 Sahil qəsəbəsində yaşayanların DİQQƏTİNƏ! Məhdudiyyət Dünən, 18:48 Amnistiyaya düşən kişi arvadını döydü Dünən, 18:48 Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb Dünən, 18:48 BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib Dünən, 18:48 Avtobusu sürməkdən imtina edən "BakuBus" sürücüsü işdən azad edildi Dünən, 18:48 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır Dünən, 18:48 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Dünən, 17:48 Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub Dünən, 17:48 Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi Dünən, 17:48 İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi Dünən, 17:48 Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub Dünən, 17:48 Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI Dünən, 17:48 "Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib Dünən, 16:48 Qardaşlığın gələcəyi necə qorunacaq? Dünən, 16:48 Bacısının bədənində işgəncə izlərini gördü, qayınatasını qətlə yetirdi - Tərtərdəki cinayətin təfərrüatı Dünən, 16:48 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb Dünən, 16:48 Təhsil şöbəsinin müdiri işdən çıxarıldı Dünən, 16:48 TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan vaksindən istifadə olunur Dünən, 16:48 Qubada qaydaları pozan qazilər həbs edildilər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR