17-01-2025, 16:39 336

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.

Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.

Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar. Vaxt məhdudluğunu nəzərə alaraq digər məsələləri biz geniş formatda bu gün müzakirə edəcəyik. Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin

bəyanatı

-Cənab Prezident, təşəkkür edirəm. Çox səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur.

Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.

Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm.

Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.

Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinlənləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.

İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.

Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq.

Təşəkkür edirəm.

14.24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

14:10

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaхidze mətbuata birgə bəyanatlarla çıxış edirlər.

Bu barədə “Report”un müxbiri dövlət başçısının iqamətgahından xəbər verir.

Paylaş

Xəbər lenti

Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Bu gün, 14:48 Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48 Kiyev vilayətinə hücumda azərbaycanlı həlak olub – Zelenskidən açıqlama Bu gün, 12:48 SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb Bu gün, 12:48 Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ Bu gün, 12:48 Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü Bu gün, 12:48 Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb" Bu gün, 12:48 Vahid Ələkbərov "Forbes"də BİRİNCİ Bu gün, 12:48 Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi – VƏSİQƏSİ də əlindən alındı Bu gün, 11:48 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE Bu gün, 11:48 Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi Bu gün, 11:48 Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar... Bu gün, 11:48 BDYPİ-dən yük maşını sürücülərinə SƏRT ÇAĞIRIŞ: "Yorğun halda sükan arxasına keçməyin!" Bu gün, 11:48 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı Bu gün, 11:48 Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək Bu gün, 10:48 KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar Bu gün, 10:48 Bakıda bu ərazidə yeni tunel TİKİLƏCƏK Bu gün, 10:48 "Harmoniya" sənədli filmi Romada təqdim olunacaq Bu gün, 10:48 Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI Bu gün, 10:48 Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 10:48 Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI Bu gün, 09:48 46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər" Bu gün, 09:48 Milyonlarını itirən, ağır xəstəliyə tutulan Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? Bu gün, 09:48 "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib Bu gün, 09:48 Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var Bu gün, 09:48 Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var Bu gün, 08:48 Azərbaycanda zavodda yanğın - Ehtiyatlara zərər dəyməyib Bu gün, 08:48 Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 08:48 Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR