9-10-2022, 14:30 876

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.

"AVESTA.AZ"un məlumatına görə, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, "AVESTA.AZ" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, rayon bələdiyyələrinin nümayəndələri və digər şəxslər iştirak edib.

Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxışlar olub. Burada turnirin əhəmiyyətindən söz açılıb, şəhidərə Allahdan rəhmət dilənib.

Tədbirdə çıxış edən "AVESTA.AZ" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib ki, hər bir azərbaycanlı bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıdır.

O, bildirib ki, şəhidlərlə bağlı müxtəlif tədbirlərin, yarışların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. F.Hüseynəliyev qeyd edib ki, bugünkü turnirin də məqsədi şəhid jurnalistlərin xatirəsini yad etmək, onların əməyini bir daha geniş ictimaiyyətə çatdırmaqdır. Onun sözlərinə görə, belə turnirlər davamlı şəkildə keçirilməlidir. O, rəhbərlik etdiyi agentliyin şəhidlərlə bağlı tədbirləri mütəmadi olaraq işıqlandırdığını, bu prosesin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə deyib ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılmasında böyük rol oynayıb. O, qeyd edib ki, onlarla jurnalist qələmini süngüyə çevirərək Vətən müharibəsinə qatılıb, böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bundan başqa, 50-yə yaxın jurnalist döyüşlərin getdiyi bölgədə fəaliyyət göstərib, düşmənlə informasiya savaşında böyük əmək sərf ediblər.

N.Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti jurnalistlərin Vətən müharibəsində göstərdyi xidməti yüksək qiymətləndirib. Şöbə müdiri söyləyib ki, M.İbrahimov və S.Abışov da İkinci Qarabağ müharibəsi dövründə daimi ən qaynar nöqtələrdə peşə fəaliyyətlərini yerinə yetiriblər, bu zaman düşmənin basdırdığı minaya düşərək şəhid olublar. O, təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar hələ də M.İbrahimov və S.Abışovun minaya düşərək şəhid olmalarına obyektiv qiymət verməyiblər.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Sadaxlı” komandaları çıxıb. Görüş "Ardanış"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Media” - “Novoivanovka” oyununda qalib müəyyənləşməyib - 5:5.

A Qrupu
“Ardanış” - "Sadaxlı” - 2:1
Qollar: Emin Qasımov, Əsgər İbrahimov - Nihan Vəliyev

B qrupu
“Media” - “Novoivanovka” - 5:5
Qollar: Rüstəm Abdullayev (3) Elmin Əlizadə (2) - Emin İmaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Ənənəvi Futbol Turnirində 6 komanda - “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.

Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr - Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “AVESTA.AZ” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Paylaş

Xəbər lenti

Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48 Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər Bu gün, 10:48 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq Bu gün, 10:48 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR