
ABŞ-nin Oreqon ştatında kiçik tipli təyyarənin uçuş-enmə zolağından sürüşərək suya düşməsi nəticəsində 5 nəfər xəsarət alıb.
BAKU.WS Southwest Oregon Regional Hava Limanı hadisə ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayıb. Bildirilib ki, 2019-cu il istehsalı olan "HA-420" tipli təyyarə səhər saatlarında Oreqon ştatından Yutaha uçmaq üçün hazırlaşarkən nəzarətdən çıxaraq uçuş-enmə zolağından sürüşüb və suya düşüb.
Təyyarə sonradan sudan çıxarılıb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.