18-03-2022, 10:54 922

Elmira Axundova ilə bağlı ŞOK məlumat -

Ukraynada müharibə başladıqdan sonra Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova proseslərdə görünmədi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etmədi. Azərbaycan cəmiyyəti, Ukraynada çətin durumda qalan soydaşlarımız səfirin sorağını günlərlə gözlədikləri ünvanlardan ala bilmədilər. Müharibənin 10-cü günü ortaya atılan xəbərdə səfiri axtaran vətəndaşlardan “bu mövzunun üstündən keçmək” istənilirdi. Elmira Axundovanın qadınlığı qabardırmaqla onun Türkiyədə “ağır onkoloji əməliyyatdan çıxması” xüsusi vurğulanırdı.

Sonradan üzə çıxan məlumatlardan aydın oldu ki, Elmira Axundova Bakıdakı 400 kvadratlıq mənzilindədir.  Dedi ki, bəs Türkiyədə onurğasından əməliyyat olunub, Kiyevə qayıdıb və fevral ayında tədbirlər təşkil edib. Elmira Axundovanın dediklərindən: “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik”.

Sual olunur: Əgər səfir Türkiyədə onurğasından əməliyyat olunubsa, Ukraynaya qayıdandan sonra fevral ayında həmin o sadaladığı tədbirləri necə keçirib? Həqiqətənmi Elmira Axundova Türkiyədə onurğa əməliyyatı keçirib?

Sosial şəbəkələrdə belə məlumatlar var ki, Elmira Axundova Türkiyəyə onurğa əməliyyatına deyil, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanmasını aradan qaldırmaq üçün plastik əməliyyata gedibmiş. Belə aydın olur ki, qaçaq səfir may ayında 70 illiyinə və “Şərəf” ordeni almağa hazırlaşır. Ona görə də Türkiyəyə gedib, plastik əməliyyata baş vurub. Üzündə cavanlaşdırma əməliyyatını da yubileyinə hazırlıqlar çərçivəsində həyata keçirib. Türkiyədəki onkoloji xəstəliklərin cərrahiyyəsi üzrə ixtisaslaşan xəstəxanalardan birində baş tutan əməliyyatdan sonra Elmira Axundova Ukraynaya qayıdıb. Onun ötən il və bu ilin əvvəlində çəkdirdiyi fotolara diqqət etdikdə də üzündəki fərq açıq-aşkar hiss olunur. 

Fevral-mart2022.jpg (18 KB)

Elmira Axundova kimdir və onun Ukraynada səfir postunda nə işi vardı?

Tərcümeyi-halında yazır ki, 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Atası hərbiyə Hüseyn Məmmədov kimi gedib, oradan Fərman Hüseynov kimi dönüb. Bu müəmmalı ad-soyad dəyişikliyi ilə yanaşı maraq doğuran daha bir məqam var. Hüseyn Məmmədov cəbhəyə sıravi gedib, oradan isə mayor Fərman Hüseynov kimi dönüb. Elmira Axundova atasını hər yerdə Fərman kimi təqdim edir, sənədlərdə isə onun adı Hüseyndir. Elmira Axundova 6 il Moskvada yaşayan və orada nə işlə məşğul olması bilinməyən Hüseyn - Fərmanın ailəsində dünyaya gəlib. Bu gün də Elmira Axundova atası ilə bağlı suallardan yayınır...

Ramiz Mehdiyevə qədər Yazıçılar Birliyində katibə olan Elmira Axundovanın ulduzu 1995-ci ildə parlayıb. Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə gələndən 1 ay sonra Elmira Axundova onun rəhbəri olduğu Əfv Komissiyasına üzv olub. Komissiya üzvü kimi də fəaliyyəti çoxlu suallar doğururdu.  2005-ci ildə isə Elmira Axundova Ramiz Mehdiyevin siyahısından parlamentə ötürüldü. Parlamentdə oturub “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” şəklində fikirlərlə gün keçirir, populist çıxışlarla diqqət çəkirdi. Bu tandemin sonrakı dövrdə əməllərini isə PA-da bilməyən yox idi.

dcecd578-163a-4f98-bfb0-b7d47b89b2e8.jpg (12 KB)

Hətta Elmira Axundova Ramiz Mehdiyev barəsində “Sabahkı gün haqqında düşünərkən” adlı kitab belə yazıb. Ramiz Mehdiyev də ona borclu qalmayıb. 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Elmira Axundovaya bir neçə 10 milyon manatın sahibəsinə çevrilməsinə şərait yaradıb, hüquq-mühafizə orqanlarını onun və oğlunun əməllərini araşdırmaqdan kənar saxlayıb. Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Bakı Ağır Cinayətlər Məhkəməsində Həbib Axundovun adı qarışan dələduzluq işi araşdırılarkən o, məhkəmə proseslərinə çəliklə gəlirdi. Ayağında problemlərin olduğunu deyirdi. Məhkəmənin gedişatı onun istəyinə uyğun şəkil alandan sonra Həbib Axundovun ayağı açıldı, əlindəki çəlik də yoxa çıxdı. (Yeni Müsavat)

Paylaş

Xəbər lenti

Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48 FHN Ağdamda yanğın-taktiki təlim keçirib Bu gün, 13:48 Gədəbəydə güllələnmiş meyit tapıldı Bu gün, 13:48 Keçən il ailə quran 339 gəlinin 60-dan çox yaşı olub Bu gün, 13:48 Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım" Bu gün, 13:48 Bu ölkədə 10 avroya dağ havası satılır Bu gün, 12:48 Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı Bu gün, 12:48 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır" Bu gün, 12:48 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Nikolay Baskovun bu psixoloji etirafı gündəm oldu Bu gün, 12:48 Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun Bu gün, 11:48 Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barəsində cinayət işi başlandı Bu gün, 11:48 Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır Bu gün, 11:48 Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub, tiktoker "Çevik"ə qarşı zorakılıq edib Bu gün, 11:48 Agentlik sədrinin müşaviri işdən çıxarıldı Bu gün, 11:48 Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır? Bu gün, 11:48 Azərbaycanda 1 ildə evlənən 740 kişinin yaşı 60-dan yuxarı olub Bu gün, 11:48 Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb Bu gün, 11:48 Emin Əmrullayev ilk dərs günündə bəzi məktəblərə baş çəkib Bu gün, 10:48 Azərbaycanlı xanəndənin toyu oldu - Məşhurlar məclisə axın etdi Bu gün, 10:48 Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü Bu gün, 10:48 Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib Bu gün, 10:48 Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ Bu gün, 10:48 Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir Bu gün, 10:48 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək Bu gün, 10:48 "Facemark" MMC ilə Dalğa FM arasında 14 sentyabr 2026-cı il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bu gün, 10:48 Dilarə Əliyevanın nəvəsi birinci sinifə gedir Bu gün, 10:48 Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb Bu gün, 09:48 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq Bu gün, 09:48 Paytaxtın 7 prospektində və 11 küçəsində "Yaşıl dalğa" rejimi tətbiq edilir Bu gün, 09:48 Neftimizin qiyməti 127 dolları keçib Bu gün, 09:48 Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR