5-05-2025, 13:48 296

Özünü illərlə ilanlara sancdırdı – qanı antidota ümid oldu

ABŞ-də yaşayan bir şəxs 18 il ərzində özünə həm ölümcül ilanların zəhərini yeridib, həm də ilanlara özünü sancdırıb. Alimlər onun qanından əldə olunan anticisimlərlə 19 fərqli ilan növünə qarşı təsirli yeni antidot hazırlayıblar.

BAKU.WS xəbər verir ki, immunitet üzrə mütəxəssis Dr. Ceykob Qlanvil 2017-ci ildə internetdə Tim Frid adlı bir şəxslə bağlı maraqlı xəbərə rast gəlib. Tim, kobralar, mambalar və zınqırovlu ilanlar da daxil olmaqla onlarla ölümcül ilanla təmasda olub və özünü dəfələrlə sancdırıb. O, bununla bədənini zəhərə qarşı davamlı etməyə çalışıb.

Qlanvil bu qeyri-adi davranışın elmi baxımdan faydalı ola biləcəyini düşünərək Timlə əlaqə saxlayıb. Tim isə bu təklifə dərhal razılıq verib və 40 millilitr qan nümunəsi təqdim edib. Bu nümunədən alınan anticisimlər, Kolumbiya Universitetindən professor Dr. Piter Kvonqun iştirakı ilə hazırlanan antidotun tərkibinə daxil edilib.

Laboratoriya testləri göstərib ki, yeni antidot siçanlar üzərində 19 fərqli ilan növünə qarşı effektiv olub. Bu növlərə kobralar, mambalar, coral və kraits kimi ilanlar daxildir.

Antidotun tərkibinə Tim Fridin qanından əldə olunan iki anticisimlə yanaşı, zəhərin 95%-ində təsirli olan "varespladib" adlı molekul da əlavə edilib. Nəticədə 13 ilan növünə qarşı 100%, 6 növə isə 20-40% arasında qoruyuculuq təmin olunub.

Hazırda istifadə olunan antidotlar əsasən zəhərin heyvanlara yeridilməsi və onların qanından anticisimlərin toplanması ilə hazırlanır. Bu isə həm risklidir, həm də allergik reaksiyalara səbəb ola bilər. Yeni üsul isə insan mənşəli anticisimlərdən istifadə etdiyi üçün yan təsirlərin az olacağı düşünülür.

Britaniyanın Lankaster Universitetindən ilan zəhəri üzrə ekspert Stiven Holl bildirib: "Bu çox yaradıcı yanaşmadır. Klinik sınaqlardan uğurla keçsə, inqilabi bir kəşf olar".

Hazırkı mərhələdə məhlul yalnız siçanlar üzərində sınaqdan keçirilib. İnsanlara tətbiqinin təsiri isə hələ məlum deyil. Üstəlik, bu antidot yalnız "elapid" kateqoriyasına aid ilanlara qarşı təsirlidir. Zınqırovlu və gürzə kimi "viperid" növləri üçün ayrıca araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı içkilər açıqlanıb Bu gün, 14:48 Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib? Bu gün, 14:48 Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir" Bu gün, 14:48 Xankəndidə yaşayan əhalinin sayı açıqlandı Bu gün, 14:48 Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb Bu gün, 14:48 Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı Bu gün, 14:48 Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 14:48 Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb Bu gün, 14:48 Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi Bu gün, 14:48 Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb Bu gün, 14:48 Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır Bu gün, 14:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işinə başlayıb Bu gün, 13:48 Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi Bu gün, 13:48 Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48 AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib Bu gün, 11:48 Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər Bu gün, 11:48 Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istəyib Bu gün, 11:48 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb Bu gün, 11:48 Aİ-nin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər edir Bu gün, 10:48 Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır Bu gün, 10:48 Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb Bu gün, 10:48 Quba-Xınalıq yolu çökdü Bu gün, 10:48 Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA Bu gün, 10:48 Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək Bu gün, 10:48 27 yaşlı sosial media fenomeni estetik əməliyyat zamanı öldü Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR