8-05-2025, 11:48 581

Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li mayın 8-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AVESTA.AZ xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb.

Xanım No Fon Li qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Baş katibin xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan "Dastan" brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.

Burada Baş katibin xanımına xatirə hədiyyəsi olaraq Xarıbülbül döş nişanı və Qarabağ xalçası ornamentləri ilə bəzədilmiş suvenir qab hədiyyə olunub.

Gəzinti zamanı qonağa Yeraltı hamam barədə məlumat verilib. Qeyd olunub ki, XVII əsrin əvvəllərinə aid olan bu tarixi-memarlıq abidəsi İçərişəhərin cənub-şərq hissəsində yerləşir. Guşə daşlarından inşa edilən hamam memarlıq üslubu və özünəməxsus xüsusiyyətləri ilə həmin dövrün şəhər hamamı ənənələrini əks etdirir.

İçərişəhərdə gəzinti zamanı xanım No Fon Li isti təndir çörəyinə qonaq edilib.

Gəzinti zamanı Baş katibin xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq xanım No Fon Lidə xoş təəssürat yaradıb.

Paylaş

Xəbər lenti

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48 DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR