24-10-2022, 10:44 612

Orxan Məmmədov:

"Azərbaycanda kulinariya sahəsinin inkişafı öz növbəsində turizm və ictimai iaşə istiqamətində yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verir və bu sahələrin də inkişafını sürətləndirir".

"AVESTA.AZ" xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Milli mətbəx dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Milli mətbəx təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə hər zaman fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Son illərdə həm ölkə daxilində həm də xaricdə Azərbaycan kulinariyasına əsaslanan bir çox ictimai iaşə obyektləri fəaliyyətə başlayıb. Restoran və kafe biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını KOBİA həmişə dəstəkləyib və bu istiqamətdə işlər davam etdirilir", - o bildirib.

O.Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir: "KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar təmsil olunur. Qida sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak edir və təmsil olunurlar. Sahibkarları bu prosesə cəlb etmə fəaliyyətində Assosiasiyaların rolu danılmazdır.

2019-cu ildə qeydiyyatdan keçmiş Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası çox aktiv fəaliyyət göstərən ictimai birlikdir və ölkədə kulinariya sahəsinin inkişafına yönəlmiş işlərlə məşğul olur. Həmçinin, 2019-cu ildən başlayaraq Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və KOBİA ilə əməkdaşlıq çərçivəsində 2 il ərzində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsini qeyd etmək istərdim. Layihə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib, ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunmuş və tövsiyyələr hazırlanıb, hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunmuş, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb".

"Ənənəvi qida məhsullarının satışının artması, xarici bazarlara çıxarılması və daha çox tanınması üçün bu məhsullar milli və beynəlxalq səviyyədə geniş təşviq olunmalı, sistemli marketinq siyasəti aparılmalı, istehsalçılar arasında marketinqə dair tədbirlər gücləndirilməlidir. Və bu istiqamətdə də Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının həyata keçirdiyi işlər çox önəmlidir. Ümumiyyətlə, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. KOBİA müxtəlif yerli, beynəlxalq sərgi və festivallarda KOB-lar üçün xüsusi stendlər təşkil edir və onlar üçün öz məhsullarını tam ödənişsiz olaraq nümayiş etdirmək imkanı yaradılır. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən restoran və kafe biznesində də istifadə oluna bilər. Bu gün təşkil olunmuş bu Konqresin bu sahədə fəaliyyət göstərən yerli bizneslərin, xüsusən də mikro və kiçik sahibkarlıq subyektlərinin, və ictimai iaşə işçilərin aralarında əməkdaşlıq əlaqələrinin inkişaf etməsində xüsusi rol oynayacağına ümid edirəm", - O.Məmmədov əlavə edib.

Paylaş

Xəbər lenti

Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Bu gün, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Bu gün, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Bu gün, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Bu gün, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Bu gün, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Bu gün, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Bu gün, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR