3-06-2025, 11:48 739

Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu" keçirilib. "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb. Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.

Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə "Böyük Qayıdış: Çağırışlar və imkanlar" mövzusunda baş tutub. Paneldə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf, təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

İkinci panel isə "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.

Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, "Ən böyük istəyimiz odur ki, Qarabağ Universitetindən məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi də bölüşməyə daim hazırıq".

Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini həyata keçirir. Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Paylaş

Xəbər lenti

Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək Bu gün, 21:48 Ustanın işlədiyi evdə meyiti tapıldı Bu gün, 21:48 Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi Bu gün, 21:48 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı Bu gün, 21:48 SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab Bu gün, 21:48 Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var Bu gün, 20:48 Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib Bu gün, 20:48 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Bu gün, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Bu gün, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Bu gün, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Bu gün, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Bu gün, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Bu gün, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Bu gün, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Bu gün, 18:48 Qazaxda TIR yandı Bu gün, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Bu gün, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Bu gün, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Bu gün, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Bu gün, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Bu gün, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Bu gün, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Bu gün, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Bu gün, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Bu gün, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Bu gün, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Bu gün, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Bu gün, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Bu gün, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Bu gün, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Bu gün, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Bu gün, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Bu gün, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Bu gün, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Bu gün, 16:48 Göyçayda evlərdən 24 min manat oğurlanıb Bu gün, 16:48 Müntəzəm fiziki aktivlik qadınlarda bu xəstəliyi ləngidə bilər Bu gün, 15:48 Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar" Bu gün, 15:48 "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özü imiş Bu gün, 15:48 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı Bu gün, 15:48 ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ Bu gün, 15:48 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu Bu gün, 15:48 Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO Bu gün, 15:48 Masazırda velosiped oğurlamaq istəyən şəxs binanı su altında qoydu Bu gün, 14:48 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Bu gün, 14:48 "Gözel Seeds" və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR