7-06-2025, 16:48 362

Bakıda ilanlar çoxalıb - Səbəb AÇIQLANDI

Son günlərdə Bakıda insanların qarşısına çıxan ilanların sayının artdığı iddia edilir. Bu barədə sosial şəbəkədə paylaşımlar edilir.

Qeyd edək ki, Azərbaycanda sürünənlərin növ tərkibi zəngindir. Ölkəmizdə olan sürünənlərin növ sayı 59-dan çoxdur. Bunlardan 26-sı ilanlardır, 3 tısbağalar, 30-u kərtəkələlərdir. Sürünənlər soyuqqanlı heyvanlardır. 

AVESTA.AZ xəbər verir ki, modern.az mövzu ilə bağlı Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovla həmsöhbət olub. 

İlanların bu ay aktivləşməsi normaldır

"İlanlar ilin soyuq aylarında qışlayırlar, isti aylarda isə aktiv fəaliyyətə başlayırlar. İlanların aktivliyi mart ayından başlayır. Azərbaycanın müxtəlif ərazilərində mart ayında temperatur fərqli olur. Yazın gəlişi, torpağın oyanması və temperaturun 14-16 dərəcəyə qalxması onların fəallığı üçün bir siqnaldır. İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayırlar.

O ilanlar ki, torpağın üst qatına yaxın yerlərdə qışlayır, temperaturun qalxması onlara daha tez çatır. Azərbaycanın müxtəlif yerlərində iqlim parametrləri fərqlidir. İstilərin tez düşdüyü aran və düzənlik ərazilərdə ilanların aktivliyi daha çox hiss edilir. Dağlıq və dağətəyi rayonlarda isə ilanların aktivliyi daha gec müşahidə edilməyə başlayır. İlanların ən aktiv olduğu ay maydır".

İlanlar ən çox aktiv olduğu ərazilər

T.Dadaşov ilanların ən çox yayıldığı ərazilər barədə də məlumat verib:

"İlanların ən çox yayıldığı ərazilər isti-quraq iqlimə malik düzənliklərdəki yarımsəhralar, bozluq çöllüklərdir. Bu ərazilərdə mart ayından etibarən ilanlar, kərtənkələlər, tısbağaları görmək olar. Əgər günəşli günlərin sayı çoxdursa və torpaq daha çox qızıbsa, ilanlar daha tez oyanır. Hazırda Azərbaycanın Aran və dağətəyi ərazilərində temperatur yüksəldiyindən ilanlar aktivləşməyə başlayıb. İqlimin istiləşməsi, əlverişli mühitin yaranması ilanları daha da fəallaşdırır. May ayı ilanların cütləşmə vaxtıdır, o cümlədən qış dönəmi bitidyindən onlar əlverişli yerlərdə - özlərinə yem tapdıqları ərazilərdə müşahidə olunması normaldır. Bu səbəbdən də ilanlar gündüzlər də fəal olmağa başlayır. İlanların gündüz fəallığı olan növləri azdır. Yay vaxtı torpağın üstü daha çox qızdığından ilanlar gündüz az görünür. Onlar qaynar torpağın üstünə çıxıb bədənlərini yandırmazlar, çünki onlar soyuqqanlıdırlar. Yay vaxtlarında ilanlar əsasən gecələr və səhər 11-ə qədər görünür. Amma hansı günlərdə günəş yeri çox qızdırmır, ilanları bütün gün ərzində aktiv görmək mümkündür".

Sonda zooloq bildirib ki, ilanların insanların qarşısına çox çıxması insanların sıx məskunlaşması ilə bağlıdır. "İlanların sayı çoxalmayıb, sadəcə əvvəllər 10 ilan yaşayan yerdə 50 nəfər qalır və onları görürdüsə, indi bu rəqəm 500-dür. İlan sayı isə eyni olaraq qalır, onlarla rastlaşan insanların sayı çoxaldığından elə bilirik ki, ilanların da sayı çoxalıb". 

Paylaş

Xəbər lenti

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48 AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib Bu gün, 11:48 Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər Bu gün, 11:48 Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istəyib Bu gün, 11:48 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb Bu gün, 11:48 Aİ-nin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər edir Bu gün, 10:48 Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır Bu gün, 10:48 Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb Bu gün, 10:48 Quba-Xınalıq yolu çökdü Bu gün, 10:48 Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA Bu gün, 10:48 Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək Bu gün, 10:48 27 yaşlı sosial media fenomeni estetik əməliyyat zamanı öldü Bu gün, 10:48 6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır Bu gün, 10:48 Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub Bu gün, 10:48 Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər Bu gün, 09:48 Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır Bu gün, 09:48 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır Bu gün, 09:48 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək Bu gün, 09:48 "Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri Bu gün, 09:48 Bu gün şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür Bu gün, 09:48 Azərbaycan nefti 120 dollarlıq həddə yaxınlaşdı Bu gün, 09:48 Bloger Arifə Məmmədova kanatda qaldı Bu gün, 09:48 11 sentyabr hadisələrindən 25 il ötür Bu gün, 09:48 Rusiyalı qadın ABŞ-yə uçan təyyarədə qalmaqal yaratdı Bu gün, 09:48 Bakı və Abşeronun bəzi ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR