
Müğənni Doğuş vəfat edən qayınatası Hidayət Baxşəliyevlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında onun fotosunu paylaşaraq dərin kədər hissi keçirdiyini bildirib.
"Atamızı itirdik. Allah məkanını cənnət etsin, sevənlərinə səbir versin"-deyə ifaçı qeyd edib.
Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, müğənninin qayınanası Ofeliya Baxşəliyeva da bir neçə həftə bundan əvvəl dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.