8-06-2025, 23:48 534

Kürü istehsalında rekord artım: Hədəf illik 40 tondur

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur. Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib.

Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Süni balıqartırma müəssisələrindəki işin nəticəsi

Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil: "Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir. Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır. Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb".

Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etmirik: "Nəinki kürü, ümumiyyətlə yerli balıqçılıq üçün ölkəmizin iqlim şəraiti mükəmməldir. Təəssüf ki, Azərbaycanda balıqçılıq təsərrüfatları xaricdən gələn balıqların qiyməti qarşısında rəqabətə tab gətirə bilmir. Azərbaycanda balıq istehsalının qarşısını alan amillərdən ən başlıcası xarici bazardır. İkincisi isə yerli balıq yemləri istehsalının baha başa gəlməsidir. Amma problemlər bununla da bitmir. Ölkədə mütəxəssis çatışmazlığı və təsərrüfatlarda su qıtlığı problemi də var".

"Balıqçılıq sahəsi yenidən qurulacaq"

Sədrin sözlərinə görə, bu ilin sonuna doğru həm balıq istehsalı, həm də kürü istehsalı artacaq: "Çünki hər iki sahə payızda aktivləşir. Hazırda biz 300 mindən artıq çəki balığı yetişdiririk. Bu balıqları payızda Xəzərə və ölkəmizin daxili su hövzələrinə buraxacağıq. İnanıram ki, bu da balıqçılığa öz töhfəsini verəcək. 2025-ci ildən sənaye balıqçılığı Kənd Təsərrüfatı Nazirliyinə verilib. Balıqçılıq sahəsi yenidən qurulacaq. Sahibkarlara dövlət dəstəyi göstərilsə, bu halda inkişaf mümkündür".

Hədəf illik 40 tonluq istehsaldır

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı isə kürü istehsalında artımın olduğunu təsdiqlədi: "Bəli, artım mövcuddur. Nərə cinsli balıqların böyüməsi üçün uzun zamana ehtiyac var. Məsələn, rus nərəsi, Kür nərəsi 7-9 il sonra kürü verir. Bölgə balığının isə 11-13-cü ildə bizim iqlim şəraitində kürü verməyi müşahidə olunur. O səbəbdən də 6-8 il öncə yetişdirilən balıqlar bu illərdə kürü verməyə başlayıb. Bu artım məxsusi olaraq bununla bağlıdır".

Z.Salmanlının sözlərinə görə, istehsal davam edərsə, rekord göstəricinin əldə edilməsi də mümkündür: "2027-ci ildə ciddi kürü istehsalı gözləyirik. Ölkəmizin həmin illər üçün potensialının 40 ton olacağı gözlənilir. Bu, ölkəmiz üçün böyük rəqəmdir. Hansı ki, hazırda dünyada 100-cü sırada belə deyilik. Amma bu göstərici ilə birdən-birə ilk onluğa daxil ola bilərik. Biz hazırda bu istehsal həcminə ciddi şəkildə hazırlaşırıq".

"Yerli istehsal müdafiə olunmur"

Sədr bu sahədəki mövcud problemlərə də toxundu: "Lakin istehsalın artımının qarşısını kəsən problemlər də var. Hansı ki, əsas problem daxili bazarın tam açıq olmasıdır. Yəni yerli istehsal demək olar ki, müdafiə olunmur. Keyfiyyətsiz və ucuz nərə cinsli balığın əti, kürüsü Çindən, Avropadan və digər ölkələrdən idxal olunur. Eyni zamanda, İran kimi nərə istehsalında ixtisaslaşmış ölkədən gömrük rüsumu olmadan təzə və dondurulmuş balıq idxal edilir. Bu da problemlərin ən ciddisidir".

Z.Salmanlı da düşünür ki, bu sahənin inkişafı üçün dövlət dəstəyi vacibdir: "Yuxarıda qeyd etdiyim hədəfə çatmaq üçün balıqçılığa, bu sahəyə dövlətdən dəstək lazımdır. Həmçinin sənaye sahəsində vergi tətbiq olunur. Xüsusən də vergi siyasətində güzəştlər edilməlidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışırıq. Yəqin ki, digər qurumların da dəstəyi ilə balıq istehsalı sektoru güzəştlər əldə edə biləcək. Gələcəkdə bu problem də həllini tapacaq. Əvvəllər qeyd olunan problemlərin həlli yolu mücərrəd vəziyyətdə idi. Lakin dekabr ayında Prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı. Düşünürəm ki, özəl və dövlət sektor arasında yaranan effektiv əməkdaşlıq nəticəsində bu problemlər ən qısa zamanda həll olunacaq".

2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək

Sədrin sözlərinə görə, gələcək illərdə mövcud problemlər də həllini tapdıqdan sonra kürü istehsalımızı davamlı artıra biləcəyik: "Düşünürəm ki, 2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək. İlin sonuna kimi ən pis halda beş ton qara kürü istehsal ediləcəyini proqnozlaşdırıram".

Paylaş

Xəbər lenti

Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Bu gün, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Bu gün, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Bu gün, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Bu gün, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Bu gün, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Bu gün, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Bu gün, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Bu gün, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Bu gün, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Bu gün, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Bu gün, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Bu gün, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Bu gün, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Bu gün, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Bu gün, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Bu gün, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Bu gün, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Bu gün, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Bu gün, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Bu gün, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Bu gün, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Bu gün, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR