27-09-2025, 14:48 315

Bakıda belə taksi sürücüləri də var - DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur.

Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır?

AVESTA.AZ xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti "Yeni Sabah"a belə şərh edib:

"Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən yoxlama sənədi, sağlamlıq arayışı var, taksi buraxılış vərəqəsi, taksi buraxılış kartı alır, vergi ödəyir, sosial ödənişləri edir və s. Yəni yanaşma hər birinə eynidir. Qanunun yanaşması bütün sürücülər üçün bərabərdir. Ancaq burada artıq dünya görüşü, dünyaya baxışı və ətraf mühitə münasibəti öz sözünü deyir. Bəli, elə sürücülər var ki, oturursan, başlayırlar boş-boş danışmağa, mənasız suallar verməyə, siqaret çəkməyə, şiddətli musiqiyə qulaq asmağa. Amma elə sürücülər də var ki, maşına oturanda mədəni şəkildə salamlaşır, musiqinin səsini artırmaq istəyəndə icazə alır, soruşur: "Bu sizi narahat etmir ki?" Bax, belə məqamlarda görürsən ki, məsələ daxili mədəniyyətlə bağlıdır. Çünki hər evdən çıxan insan eyni düşüncədə ola bilməz".

Ekspert qeyd edib ki, məsuliyyətsizlik edənlər bu peşəyə ötəri baxanlardır:

"Ona görə də bu, nə komfortda, nə də digərində olmaq məsələsi deyil. Hər kateqoriyada müxtəlif tip insanlar var. Komfort sürücülərinin də arasında düşüncəsiz olan tapılır, ekonom sürücülərinin də. Amma bu, onların hamısına aid deyil. Çünki onlar sadəcə bu peşəyə ötəri bir vasitə kimi baxanlardır.

Əsl peşəkar taksi sürücüləri isə həqiqətən qazanc əldə etmək, ailəsini dolandırmaq üçün bu işə başlayıblar. Belə sürücülər heç vaxt düşüncəsiz və məsuliyyətsiz hərəkətlər etmirlər. Çünki bu, onların ömürlük qazanc yeridir. Heç biri də istəməz ki, çörək qazandığı bir yerə neqativ yanaşma olsun.

Ancaq təsadüfi insanlar da var və təəssüf ki, məhz onlar bu cür davranışlar nümayiş etdirirlər. Acı da olsa, belə mənzərə bəzən bəzi insanlarda bütün taksi sürücüləri haqqında mənfi təəssürat yaradır. Amma təbii ki, onların hamısı elə deyil".

Paylaş

Xəbər lenti

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48 166 nömrəli avtobuslardan şikayət var – "Sanki motosikletdə gedirik" Bu gün, 12:48 Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb Bu gün, 12:48 Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq Bu gün, 11:48 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb Bu gün, 11:48 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir Bu gün, 11:48 İstanbul və Ankara bayrağımızla bəzəndi Bu gün, 11:48 İlham Əliyev Kamboca Kralını təbrik edib Bu gün, 11:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR