13-10-2025, 18:48 226

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib.

AVESTA.AZ xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq çıxışında parlament platformasının ölkələr və xalqlar arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb.

O, Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır. O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrin və xalqların qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyib. O vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

O söyləyib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

N.Kurtulmuş həmçinin terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunaraq deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.

*** 10:26

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib və tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.

Tərəflər üç ölkə və parlamentləri arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağa güclü təkan verəcəyinə inam ifadə ediblər.

İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, üçtərəfli görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub

Paylaş

Xəbər lenti

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48 Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik" Bu gün, 15:48 Nərdivandan yıxılan 73 yaşlı kişi öldü Bu gün, 14:48 Biləcəridə yolun hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək Bu gün, 14:48 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ Bu gün, 14:48 "Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi Bu gün, 14:48 BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır Bu gün, 14:48 12 yaşlı qızın telefon siqnalı polisə oteli göstərdi: ABŞ hərbçisi saxlanıldı Bu gün, 14:48 Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi Bu gün, 14:48 Renat Dadaşovun yeni klubu məlum oldu Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR