30-11-2025, 10:48 235

Mehriban Vəliyeva: AXCP kimi qurumlar potensial təhlükə mənbəyidir

AXCP kimi təşkilatların xarici siyasi mərkəzlər tərəfindən manipulyasiya olunması riski ölkənin milli təhlükəsizlik gündəliyində hər zaman mövcud olub.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi bitdikdən sonra regional güc balansında dəyişikliklərin baş verəcəyi və Moskvanın postsovet məkanında təsir imkanlarını yenidən genişləndirməyə çalışacağı siyasi reallıq kimi qiymətləndirilir:

"Qafqaz regionu, xüsusilə də Cənubi Qafqaz, Rusiya üçün tarixi, geosiyasi və təhlükəsizlik baxımından strateji əhəmiyyətə malikdir. Bu baxımdan, bölgədə baş verən proseslərə müdaxilə cəhdlərinin artması ehtimalı kifayət qədər yüksəkdir. Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil xarici siyasət kursu, xüsusilə 44 günlük müharibədən sonra əldə etdiyi strateji üstünlüklər və suverenliyinin tam bərpası Moskvanın regiondakı ənənəvi təsir alətlərini xeyli zəiflədib. Belə şəraitdə Rusiya təsir dairəsini bərpa etmək üçün birbaşa deyil, dolayı və yerli siyasi qruplar vasitəsilə təsir mexanizmlərini işə sala bilər".

Deputat vurğulayıb ki, bu kontekstdə Azərbaycanın daxili siyasi mühitində zaman-zaman xarici təsirlərə açıq davranış nümayiş etdirdiyi iddia olunan müəyyən qrupların aktivləşdirilməsi istisna edilmir:

"Azərbaycanın siyasi sistemində radikal mövqeləri ilə seçilən, uzun illər boyunca destruktiv fəaliyyətləri ilə gündəmə gəlmiş AXCP kimi qurumların potensial təhlükə mənbəyi kimi dəyərləndirilməsi məhz bu geosiyasi reallığın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Belə təşkilatların xarici siyasi mərkəzlər tərəfindən manipulyasiya olunması riski ölkənin milli təhlükəsizlik gündəliyində hər zaman mövcud olub. Üstəlik, radikal ritorika, qeyri-konstruktiv davranışlar və daxili sabitliyə yönəlmiş çağırışlar bu risklərin daha da dərinləşməsinə zəmin yaradır. Azərbaycan regionda formalaşan yeni siyasi reallıqlar fonunda milli təhlükəsizlik arxitekturasını gücləndirmək, siyasi mühitdə radikallaşma meyillərini minimuma endirmək və xarici müdaxilələrə açıq platformaların qarşısını almaq üçün ardıcıl və sistemli fəaliyyət göstərməkdə davam edir".

O əlavə edib ki, daxili sabitliyin qorunması, ictimai təhlükəsizliyə təhdid yaradan hər hansı qüvvənin neytrallaşdırılması və dövlət institusiyalarına təzyiq imkanlarının aradan qaldırılması bu siyasətin əsas istiqamətlərindəndir:

"Regionda güc balansının dəyişə biləcəyi bir dövrdə Azərbaycanın suverenliyini, siyasi sabitliyini və milli maraqlarını hədəf alacaq hər hansı təhdidin zamanında müəyyən edilməsi və zərərsizləşdirilməsi strateji zərurət olaraq qalır. Dövlətin təhlükəsizlik strukturlarının bu istiqamətdə adekvat tədbirlər görməsi yalnız mövcud təhlükələrin qarşısının alınmasına deyil, həm də uzunmüddətli regional sabitliyin təmin olunmasına xidmət edir. Bu kontekstdə milli maraqlara zidd fəaliyyət potensialı daşıyan hər bir strukturun, o cümlədən radikal siyasi qrupların fəaliyyətinə həssas yanaşılması, mümkün xarici dəstək kanallarının aşkarlanması və qarşısının alınması Azərbaycan dövlətçiliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Paylaş

Xəbər lenti

İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir Bu gün, 21:48 Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib Bu gün, 21:48 Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər Bu gün, 21:48 MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb Bu gün, 21:48 MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə Bu gün, 20:48 Corcia Meloni İlham Əliyevə təşəkkür edib Bu gün, 20:48 90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR Bu gün, 20:48 Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? Bu gün, 20:48 Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib Bu gün, 20:48 Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək Bu gün, 20:48 Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib Bu gün, 19:48 BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq Bu gün, 19:48 Azad olunmuş ərazilərə gedənlər şəhidlərin ruhuna hörmətlə yanaşmalıdırlar Bu gün, 19:48 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb Bu gün, 19:48 Daşkənd Bakı ilə investisiya əməkdaşlığını dərinləşdirir: İlham Əliyevin səfərinin yekunları Bu gün, 19:48 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA Bu gün, 19:48 Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq Bu gün, 18:48 Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb Bu gün, 18:48 Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi Bu gün, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub Bu gün, 18:48 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 18:48 Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli Bu gün, 18:48 "Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək Bu gün, 17:48 Nazirlikdə ayılarla bağlı görüş keçirildi Bu gün, 17:48 Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib Bu gün, 17:48 Toydan gələrkən qəzaya düşdü Bu gün, 17:48 Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir Bu gün, 17:48 Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? Bu gün, 17:48 "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi Bu gün, 17:48 Sabahdan Bakıda bu yolda da məhdudiyyətlər olacaq Bu gün, 16:48 İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 16:48 Kanadada Kral III Çarlzın portreti olan yeni 20 dollarlıq əsginas təqdim edildi Bu gün, 16:48 "Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR